BolgeXeber.Com » BÖLGƏ TV » Aksiya keçirən xanım danışdı: “Altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürəm, artıq hər an ölə bilərəm”

Aksiya keçirən xanım danışdı: “Altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürəm, artıq hər an ölə bilərəm”

21-09-2016, 20:49
Oxunub: 3 516 Aksiya keçirən xanım danışdı: “Altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürəm, artıq hər an ölə bilərəm”  "Mən bu ölkənin vətəndaşıyam. Bəyəm ölməliyəm?"

Bolgexeber.com 24saat.org-a istinadən ötən gün Səhiyyə Nazirliyi önündə aksiya keçirən Nahidə Həmzəyeva ilə ekslüziv müsahibəni təqdim edir.

– Nahidə xanım, ötən gün Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirməklə gündəmə gəlmisiniz. Konkret olaraq sizin probleminiz nədən ibarətdir?
– Mən düz altı ildir ki, qara ciyər serozundan əziyyət çəkirəm. Altı ildir ki, Səhiyyə Nazirliyinə müraciət edirəm. Eləcə də Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya və digər qurumlara müraciətlər etmişəm. Xahiş etmişəm ki, mənə kömək etsinlər, çünki hər an nəfəsim dayana bilər. Mənim müalicəm üçün 150 min manat pul lazımdır. Mənim isə belə böyük məbləğdə pulum və imkanım yoxdur. Bu səbəbdən də Səhiyyə Nazirliyinə üz tuturam, kömək istəyirəm. Prezidentin Səhiyyə Nazirliyinə ayırdığı maliyyədən mənə kömək göstərilməsini istəyirəm. Bir neçə dəfə nazirliyə getdim mənə bildirdilər ki, bizim ölkədə sizə aid heç nə yoxdur və biz sənə kömək edə bilmərik. Baxın, məni adətən Respublikanski və 5 nömrəli xəstəxanaya göndərirlər. Orada bir neçə dəfə yatmışam. Bir daha qeyd edirəm ki, düz altı ildir ki, bu xəstəxanaları gəzirəm. Mənə orada bir çarə yoxdur. Məhz bu səbəbdən də, Səhiyyə Nazirliyindən kömək istəmişəm ki, onun yardımı sayəsində xəstəlikdən qurtarım. Mənim öhdəmdə bir atasız uşaq var, üstəlik də özümün 26 yaşı var. Mən bu ölkənin vətəndaşıyam. Bəyəm ölməliyəm? Səhiyyəyə üz tutmaqdan savayı da yerim yoxdur. Səhiyyə Nazirliyinə dönə-dönə getmişəm, ağlamışam, hətta yalvarmışam. Məktublar yazmışam, qəbullarında olub yalvarmışam onlara.
– Cavabları nədən ibarət olub?
Aksiya keçirən xanım danışdı: “Altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürəm, artıq hər an ölə bilərəm”

– Bircə sözləri var ki, sənin müalicənlə bağlı Azərbaycanda dövlət xəstəxanalarında heç nə yoxdur.
– Yəni müalicəniz Azərbaycanda mümkün deyil? – Ola bilsin ki, mümkündür. Bəlkə də, Neftçilər Xəstəxanasında bu imkan var. Amma özüm orada istəmirəm. Bilirəm ki, bu xəstəxanada mənə əməliyyat deyiblər. Ancaq mən hesab edirəm ki, qonşu ölkələrdə, məsələn Türkiyədə ciddi müalicə alsam sağala bilərəm.
– Özünüz bununla bağlı araşdırma aparmışınız?
– Türkiyə ilə əlaqə saxlamamışam. Amma özüm kimi xəstələrlə maraqlanmışam. Məlum olub ki, orada dərmanlarla müalicə vasitəsilə belə xəstəlikdən sağalmaq mümkündür. Ancaq bunun üçün böyük pul lazımdır. Mənim isə 100-150 min pulum yoxdur.
– Deyirsiniz ki, düz altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürsünüz. Nazirin özünün qəbulunda olmuşunuz?
– Xeyir, onun qəbuluna düşə bilmədim. Hətta qəbula düşmək üçün ərizə də yazmışam. Lakin ərizəmə cavab belə gəlməyib. Əslində yazdığım məktubların 50 faizinə cavab vermirlər. Ayın 12-də Mehriban Əliyevanın qəbuluna yazılmışdım. Buna qədər mənə demişdilər ki, 1 ay gözləyim, hətta mənə 4 nömrə də vermişdilər. Ancaq bu günə qədər mənə hər hansı xəbər etməyiblər. Nömrələrə də zəng vururuq deyirlər ki, bu nömrələri sizə səhv veriblər…
Aksiya keçirən xanım danışdı: “Altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürəm, artıq hər an ölə bilərəm”
– Səhiyyə Nazirliyində sizinlə kim görüşüb, kimin qəbulunda olmuşunuz?
– Nigar xanımla söhbətim olub. Ondan başqa adlarını bilmədiyim iki xanımla görüşmüşəm. Düzü, onların hansı səlahiyyətə malik olduğunu, hansı vəzifə tutduğunu bilmirəm. Hətta biri mənə dedi ki, yazdığım məktublar həmin xanıma gedir. Dünən də bir xanım gəlmişdi, onun da adını bilmədim. – Ancaq Səhiyyə Nazirliyi bildirir ki, Nahidə Həmzəyeva nazirlik nümayəndəsi tərəfindən qəbul edilib və dinlənilib, daha sonra ona müalicəsini davam etdirmək üçün bir neçə müəssisə təklif edilib. Əgər müalicə almaqla bağlı qərar verərsə, o zaman bu müəssisələrin birində müalicə ala bilər…
– Əslində, dünən mənimlə görüşən xanım da dedi ki, “Respublikanski Xəstəxanaya” gedim. Orada tomoqrafiya, digər şəraitlər var. Ancaq fakt odur ki, mən indiyə qədər bir neçə dəfə həmin xəstəxanada yatmışam. Orada adi qida borusunu yoxlamaq endoskopu yoxdur. Daha doğrusu endoskopu var, amma narkozla yoxlanılmır. Mənə narkoz lazımdır. Çünki qida borularımda 3 dəfə əməliyyat olub. Buranı isə narkoz vasitəsilə yoxlamaq lazımdır. Amma “Respublikanski Xəstəxana” bunu bacarmır. Mən də deyirəm ki, niyə xəstə adamı ora-bura atırsınız? Məktub yazıram. Cavab verirlər ki, get yenidən Lənkəranda yat. Mən Lənkəranda nə qədər yatmalıyam? Götürün telefonu Lənkəran xəstəxanasına, Ağabala müəllimə zəng vurun görün neçə dəfə qəbulunda olmuşam. Oranın UZİ həkimi məni görəndə deyir ki, yenə nəyə gəlmisən, bəyəm dərdini bilmirəsn ki, bura gəlmisən? Bizdə sənə çarə yoxdur. Belə də deyirlər.
Aksiya keçirən xanım danışdı: “Altı ildir ki, Səhiyyə Nazirliyinə ayaq döyürəm, artıq hər an ölə bilərəm”

– Dünən Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdiniz. Bunun nəticəsi oldumu?
– Yox, olmayıb. Hələ bir şey yoxdur, mənə bir söz deyilməyib. Ancaq mediadan mənə zəng vurub dedilər ki, sabiq deputatlardan biri bununla maraqlanıb, sabah görüş ola bilər.
– Bundan sonra hansı addımlar atacaqsınız?
– Hələlik gözləmək məcburiyyətindəyəm. Gözləyim görüm milli səhiyyəmizdən hansı reaksiya olacaq. Əgər olmasa, məcbur qalıb xarici ölkələrin səfirliklərinə və ya səhiyyələrinə üz tutacağam. Artıq özüm də bilmirəm…
– Yenidən prezidentə və ya Mehriban xanıma müraciət etmək fikriniz varmı?
– Yox. Mənim vaxtım gedir, az qalır. Hər ay cavab gözlədikcə həyatımdan gedir, hər an nəfəsim dayan bilər. Bu xəstəliklə tanış olanlar bilir ki, qida borusunda hər an varikoz genişlənmə baş verə bilər. Yəni mən hər an həyatımı itirə bilərəm. Serrozun sonu xərçəngə gətirib çıxarır. Əgər bunun üzərinə vaxtında düşməsəm xərçəngə gətirib çıxaracaq. Bir ay onun, bir ay bunun qapısında gözləməklə sadəcə zaman gedir, reaksiya və cavablar isə yoxdur. Mən isə altı ildir gözləyirəm…