BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyəni bir-birinə qatan azərbaycanlı “gözəlçə” – VİDEOLAR

Türkiyəni bir-birinə qatan azərbaycanlı “gözəlçə” – VİDEOLAR

30-09-2016, 13:33
Oxunub: 4 026 Türkiyəni bir-birinə qatan azərbaycanlı “gözəlçə” – VİDEOLARTürkiyədə azərbaycanlı gəlin namizəd iki telekanalı bir-birinə vurub

A24. Az-ın məlumatına görə, belə ki, aktrisa Zühal Topalın evlilik verilişinə qatılan azərbaycanlı Naz Mila adlı xanım sonra digər telekanalda müğənni Seda Sayanın aparıcısı olduğu “Evlənəcəksən, gəl”in efirində görünüb. Burada efirə cəmi bir gün çıxdıqdan sonra yenidən əvvəlki verilişə qayıdıb.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə gələn Naz ötən mövsümdə verilişə qatılıb və orada namizədlərdən biri olan Kərəmlə bir müddət sevgi yaşayıb. Lakin sonralar araları dəyib.
Keçmiş sevgilisindən bir uşağı olan bu iştirakçı lüks həyatı ilə də diqqəti çəkir. “Evlənəcəksən, gəl”i tərk edən iştirakçının digər kanala qayıtması ilə bağlı Seda Sayan heç bir açıqlama verməyib.
Bolgexeber.com