BolgeXeber.Com » BÖLGƏ TV » Bakı toyunda yağış kimi yağan dollar- VİDEO

Bakı toyunda yağış kimi yağan dollar- VİDEO

3-10-2016, 12:56
Oxunub: 3 495 Bakı toyunda yağış kimi yağan dollar- VİDEOAzərbaycan musiqisi, yağış kimi yağan dollar, döşəməyə səpələnən milyonlar - Bakı toyunda çəkilib?

Sosial şəbəkədə yayılmış toy videosu müzakirələrə səbəb olub və geniş izləyici kütləsi toplayıb. İzlənmə rekordu qıran bu videonun azərbaycanlı toyundan çəkildiyi iddia edilir. Belə ki, bəy-gəlin rəqsinin fonunda ifa edilən musiqi də milli musiqiyə bənzədiyi üçün iddialar daha da artır.

Cebhe.info xəbər verir ki, videoda marağa səbəb olan məsələ isə göydən yağış kimi yüz dollarların səpələnməsidir. Videodan da görünür ki, toyun keçirildiyi salonun döşməsi pulla örtülüb.

Digər iddialara görə isə video Bakıda şadlıq saraylarının birində baş tutan yüksək vəzifəli şəxsin qızının toyunda çəkilib. Toya Fransa , Ukrayna,Türkiyə və Azərbaycan sənətçilərinin də dəvət edildiyi deyilir.