BolgeXeber.Com » BÖLGƏ TV » Bütün Qafqazın Şeyxi Suriyadakı tərəflərə müraciət edib (VİDEO)

Bütün Qafqazın Şeyxi Suriyadakı tərəflərə müraciət edib (VİDEO)

10-08-2012, 15:35
Oxunub: 4 517 Hacı Allahşükür Paşazadə: “Silahın kimin əlində olmasından asılı olmayaraq ziyarətgahların güllə-baran edilməsi vəhşilikdir”

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Suriya hökumətinə və qarşı tərəfə müraciət edib. Şeyx Suriyada baş verən qanlı hadisələrin müqəddəs dəyərlərə sarsıdıcı zərbə endirdiyini vurğulayıb, tərəfləri tezlikə zorakılığa son qoymağa və problemi sülh yolu ilə həll etməyə çağırıb: “Suriyanın paytaxtı Dəməşqdə bizim birinci imamımız Əli Əmirəlmömininin qızı Zeynəb və İmam Hüseynin qızı Ruqiyyə kimi müqəddəslərimizin məzarları var. Bu gün bu məzarlar da bombalanır. Silahın kimin əlində olmasından asılı olmayaraq ziyarətgahların güllə-baran edilməsi vəhşilikdir. Hazırda Suriyada yaşananlar Qarabağ müharibəsində başı bəlalar çəkmiş, ermənilər tərəfdən məscid və mədrəsələri dağıdılmış bir ölkəinin vətəndaşları kimi bizə yaxından tanışdır”.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə hər iki tərəfdə həlak olanların, ev-eşiyini itirənlərin müsəlman olduqlarına xüsusi diqqət çəkib.

Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşqdə yerləşən Həzrəti Zeynəb ziyarətgahı son ay ərzində bir neçə dəfə hücumlara məruz qalıb. İyulun sonunda Həzrəti Zeynəbin ziyarətgahı yaxınlığnda avtomobil parkında bomba yüklü maşının partladılması nəticəsində ətrafdakı binalarla yanaşı ziyarətgaha da ciddi ziyan dəyib.