BolgeXeber.Com » BÖLGƏ TV » Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTO

Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTO

18-10-2016, 10:08
Oxunub: 3 055 Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTOHacıyevə yaxın mənbələrdən alınan xəbərdə deyilirdi ki, bankirin 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunandan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevə və qohumlarına məxsus mülklərin polis mühasirəsinə alındığı haqda bir neçə gün əvvəl xəbər vermişdik. Criminal.az saytı xəbər verir ki, Azadliq.info mülklərin necə mühasirəyə alınmasının videogörüntülərini yayıb.

Hacıyevə yaxın mənbələrdən alınan xəbərdə deyilirdi ki, bankirin 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunandan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib. Onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili, həmçinin bacısına məxsus Mərdəkandakı bağ evi, eləcə də anasından miras qalan evi polis qüvvələri mühasirəyə alıb.

Həmin görüntüləri təqdim edirik.

Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTO
Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTO