Səhiyyəmizdə növbəti RƏZALƏT: Həcixanım həkim əlil uşağın sırğalarını... - VİDEO
12-11-2016, 16:10
Oxunub: 5 280
Tibb bacısı prosedur qaydaları haqqında məlumat verdikdən sonra Gözəlin qızıl sırğalarını çıxarıb
Tibbi Reabilitasiya Mərkəzində müalicə olunan Qurbanova Gözəl Vüqar qızının qızıl sırğalarının tibb bacısı tərəfindən oğurlandığı iddia olunur.
Bolgexeber.com xəbər verir ki, bu barədə Kanal 13-ə reportyor.az saytı məlumat verib. Onun sözlərinə görə bibisi nəvəsi Gözəl həkimlərin səhvi ucbatından anadan olarkən travma alıb və qolundan əlildir. Buna görə də, müxtəlif xəstəxanalarda müalicə edilib. Sözü gedən oğurluq hadisəsinin də bu il sentyabırın 30-da baş verdiyi iddia olunur.
Heydər Əliyev Fondu hesabına sentyabrın 30-da Mərdəkan qəsəbəsində yerləşən Reabilitasiya Xəstənaxasına müalicə üçün yatırılan Gözəl Qurbanovanın müalicəsi 11 oktyabrda bitib.
Müalicə olunduğu müddətdə Gözəl xəstənaxada tək olub. Tibb bacısı prosedur qaydaları haqqında məlumat verdikdən sonra Gözəlin qızıl sırğalarını çıxarıb. Əlil qızcığaz heç bir söz demədən qızıl sırğalarını tibb bacısına verib. Tibb bacısı da bildirib ki, qızıl sırğalarını mən saxlayıram, çıxarkən qaytarılacaq. Müalicəsi bitdiktən sonra uşağın sırğalarını tələb edən ailəyə tibb bacısı sırğaların itdiyini deyib.
"Dəfələrlə Uşaq Bərpa Mərkəzində, Uşağ Nevroloji Xəstənaxalarında müalicə alıb, amma belə biabırçı vəziyyət hələ olmamışdı. Ümumiyyətlə, səhiyyə sistemində rüşvətxorluq eşitmişdim, amma bu qədərini yox”, - deyən şikayətçi xanım başına gələnləri danışıb.
"Bir neçə gün əvvəl baş həkimlə görüşərək biabırçı vəziyyət haqqında məlumat verdim. Baş həkim bütün tibb bacılarını toplayaraq bildirdi ki, sırğanın pulunu onlar ödəyəcəklər. Bu gün gəldiyim zaman baş tibb bacısı baş həkimin burada olmadığını bildirdi və söylədi ki, bizdə indiyə kimi belə bir prosedur olmayıb. Mətanət adında tibb bacısı uşağın qulağından qızıl sırğanın sapını kəsib götürüb. Xəbəri ictimailəşdirməkdə məqsədim növbəti dəfə başqaları qurbana çevrilməsin.”
Jurnallistlər bu məsələ ilə bağlı araşdırma aparmaq üçün sözü gedən xəstəxanaya getsələr də, sualları cavabsız qalıb. Baş həkim bununla bağlı heç bir məlumat verməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər