BolgeXeber.Com » BÖLGƏ TV » Valideynlərin nəzərinə: Bakıda körpələr evində dini məclis - VİDEO

Valideynlərin nəzərinə: Bakıda körpələr evində dini məclis - VİDEO

26-11-2016, 12:40
Oxunub: 3 343 Valideynlərin nəzərinə: Bakıda körpələr evində dini məclis - VİDEO Azərbaycanda körpələr evində din adı altında qəm, əzadarlıq məclisi keçirilib. Həm də 2-5 yaşlı uşaqların iştirakı ilə...

Bəs bu məclisi kim qurub? Qanunla qadağan olunan belə bir məclisə körpələr evinin rəhbərliyi niyə icazə verib?

Əkbər Hüseyni adlı sosial şəbəkə istifadəçisi bu şəkilləri öz səhifəsində yayaraq yazıb ki, onlar uzun zamandır İmam Hüseyn ve Kərbəla şəhidlerinin adına qurulan məclisləri məscidlərdə və evlərdə təşkil ediblər. Ancaq bu gün həmin sərhədləri daha da genişləndirib, Körpələr evində balacalara xanım Rüqəyya ve Həzrəti Əli Əsgər adına bir qəm gecəsi qurublar.

Qanunvericilik körpələr evində belə əzadarlıq məclislərinin qurulmasına icazə vermir. Azyaşlılar arasında dini təbliğat üçün mütləq valideynindən icazə alınmalıdır. Körpələr evinin aid olduğu İcra Hakimiyyəti orqanının da mütləq icazəsi olmalıdır.

Əkbər Hüseyni iddia edir ki, o dini qurumlarla işləyən bir idarənin əməkdaşıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, onlarım əməkdaşları ümumiyyətlə körpələr evində dini təbliğatla məşğul olmurlar.

Daha sonra isə Əkbər deyir ki, bunu Allah üçün edir. Yəni ki, hansısa qayda qanuna ehtiyac duymur. Dini təbliğatla məşğul olan bu şəxs hədsiz aqressiv və kobud cavablar verib. Uşaq psixoloqu Elnur Abdullayev deyir ki, uşaqların belə məclislərdə iştirakının düzgün olmadığını əsaslandıranda Əkbərin hədə qorxuları və təhqirləri ilə qarşılaşıb.
Bolgexeber.com xəzərxəbər-in mövzu ilə bağlı videomaterialı təqdim edir: