BolgeXeber.Com » BÖLGƏ TV » Erməni diversiya qrupu belə məhv edildi - Müdafiə Nazirliyi video yaydı

Erməni diversiya qrupu belə məhv edildi - Müdafiə Nazirliyi video yaydı

8-02-2017, 20:11
Oxunub: 4 769  Erməni diversiya qrupu belə məhv edildi - Müdafiə Nazirliyi video yaydıAzərbaycan Müdafiə Nazirliyi ötən gün axşam saatlarında təmas xəttində erməni silahlı birləşmələrinin mövqelərimizə qarşı hazırladıqları diversiya cəhdinə qarşı endirilmiş preventiv zərbələrə dair videokadrları yayıb

Virtualaz.org nazirliyin saytına istinadən bildirir ki, videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.

Xatırladaq ki, qondarma “dqr müdafiə nazirliyi” bu gün təmas xəttinin Ağdam və Ağdərə istiqamətlərində bir əsgərlərinin öldüyünü, birinin ağır yaralandığını açıqlayıb. Düşmənin itkilərinin əslində daha çox olduğu bildirilir.