BolgeXeber.Com » BÖLGƏ TV » İmişli polisi ciddi səylə asayişi qoruyur-VİDEO

İmişli polisi ciddi səylə asayişi qoruyur-VİDEO

9-02-2017, 15:54
Oxunub: 6 326 İmişli polisi ciddi səylə asayişi qoruyur-VİDEOSon zamanlar nəinki yol polisləri, ümumiyyətlə polis qüvvələri rayonda asayişin qorunması yönündə çoxşaxəli tədbirlər görürlər

Bölgə TV rayonlarda polis qüvvələrinin fəaliyyətini araşdırmağa davam edir. Bununla əlaqədar olaraq, çəkiliş qrupumuz bu dəfə İmişli rayonunda olub. Kadrlardan da bəlli olduğu kimi, İmişli rayonunun yol polisləri məsuliyyətlə öz vəzifələrini icra edirlər. Sürücülük vəsiqəsi olmayan, ya da sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə yol polisi əməkdaşları tərəfindən protokolllar tərtib olunur.
Son zamanlar nəinki yol polisləri, ümumiyyətlə polis qüvvələri rayonda asayişin qorunması yönündə çoxşaxəli tədbirlər görürlər.
Bu yaxınlarda İmişli rayonu, Qadir İsmayılzadə küçəsində yerləşən qızıl zinyət əşyaları mağazasında oğurluq hadisəsi baş vermişdi. Mağaza sahibinin polisə şikayətindən darhal sonra İmişli Rayon Polis Şöbəsi hadisə yerinə əməliyyat-axtarış qrupunu cəlb etmiş və 2 gün ərzində hadisənin üstü açılmışdı.
Zərərçəkən Aydın Əliyev bildirib ki, İmişli polisləri operativ axtarış tədbirləri ilə oğruları qısa zamanda yaxaladı.
İmişli rayonunun sakini Şirin Asalanov deyib ki, rayonumuzun polis qüvvələri ciddi səylə asayişi qoruyurlar. Üzərlərinə düşən vəzifəni tez icra edirlər. Biz onlardan çox razıyıq.
Digər bir İmişli sakini Niyaməddin Muradov son günlər rayonda oğurluq hadisələrinin azaldığından, baş verən cinayətlərin səbəbkarlarının isə yaxalandığından danışıb.