BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan Ordusu ermənilərə divan tutur: daha bir hərbi texnika məhv edildi (VİDEO)

Azərbaycan Ordusu ermənilərə divan tutur: daha bir hərbi texnika məhv edildi (VİDEO)

2-03-2017, 17:46
Azərbaycan Ordusu ermənilərə divan tutur: daha bir hərbi texnika məhv edildi (VİDEO)Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib

Bolgexeber.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərdə bildirilir ki, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi də məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.