BolgeXeber.Com » BÖLGƏ TV » "Uber"in rəhbəri taksi sürücüsü ilə mübahisəyə girdi - VİDEO

"Uber"in rəhbəri taksi sürücüsü ilə mübahisəyə girdi - VİDEO

2-03-2017, 19:40
Oxunub: 4 856 "Uber"in rəhbəri taksi sürücüsü ilə mübahisəyə girdi - VİDEOABŞ-ın "Uber Technologies” şirkətinin rəhbəri Treyvis Kalaniklə yerli taksi sürücülərindən biri arasında mübahisə yaranıb

"Uber” onlayn taksi sifarişi xidmətinin sürücüsü olan Kamil Feyzi işlədiyi şirkətin rəhbərinin avtomobilə əyləşdiyini gördüyü üçün mənzil başına çatarkən onu sorğu-suala tutub.

Treyvis Kalanikə əmək haqqlarının az olması ilə bağlı şikayət edən sürücü, "Xidməti yaxşılaşdırırsan, lakin əmək haqqlarını aşağı salırsan",-deyə müraciət edib. Treyvis Kalanik isə taksi sürücüsünün sözündən hirslənib və ona sayıqladığını bildirib: "Sayıqlama. Bəzi insanlar öz problemlərinə görə məsuliyyəti üzərinə götürmək istəmirlər. Onlar günahı başqalarında görürlər."
Qeyd edək ki, dünyanın ən böyük onlayn taksi sifarişi xidməti 2014-cü ildə "Silicon Valley"də ən çox investisiya alan şirkət olmuşdu. 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi./faktxəbər