BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyədəki bu hadisə şok yaratdı - Video

Türkiyədəki bu hadisə şok yaratdı - Video

10-10-2012, 16:05
Oxunub: 4 635 Türkiyədə baş verən bir hadisə insanları həm təəccübləndirib, həm də təəssüfləndirib.

Belə ki, işsizlik və imkansızlıqdan 7 mərtəbəli binadan intihar etmək istəyən kişiyə vətəndaşların münasibəti insanlığın öldüyünü sübut edib.

“Qafqazinfo”nun məlumatına görə, binanın ətrafına yığılan sakinlər intihar hadisəsini sanki şou izləyirlərmiş kimi seyr ediblər. Bəzi vətəndaşlar telefonlarını çıxararaq çəkilişə də başlayıblar. Hətta aralarında bir qadının “şou etmə, atırsan özüvü at” sözləri diqqətdən yayınmayıb.

Nəhayət, hadisə yerinə gələn polislər intihara cəhd edən şəxsi yola gətirərək aşağı düşürdüblər. Beləliklə, əhali də insanın acı anlarını əks etdirən real filmi izləməkdən xilas olunub.

Qeyd edək ki, sözügedən hadisəyə insanların münasibəti Türkiyədə hazırda bir çox proqramlarda müzakirə olunur.