BolgeXeber.Com » BÖLGƏ TV » Canlı yayımda dava düşdü – VİDEO

Canlı yayımda dava düşdü – VİDEO

14-02-2013, 10:35
Oxunub: 5 306 Gürcüstanın “9-cu kanal”ının canlı efirində iki deputat arasında dava düşüb.
Azlığın nümayəndəsi İrakli Ratiani və parlament çoxluğunu təmsil edən Koba Davitaşvilinin mübahisəsi davaya çevrilib.

Deputatlar fevralın 8-də kütlənin Mixail Saakaşvilinin tərəfdarlarına Milli Kitabxananın binasına daxil olmağa imkan verməməsini müzakirə ediblər. Polemikanın gedişindən narazı olan Koba Davitaşvili opponentinə “əclaf” deyib, İrakli Ratiani isə stəkanını ona atıb. Bunlan əsəbiləşən Koba Davitaşvili həmkarının üstünə yeriyib. Əlbəyaxa olan deputatları telekanalın əməkdaşları aralayıblar.

İrakli Ratiani bəyan edib ki, “Gürcü arzusu”nun nümayəndələri özlərini daha da həyasızcasına aparmağa başlayıblar və təkcə küçələrdə yox, televiziya studiyalarında da zorakılıq edirlər