BolgeXeber.Com » BÖLGƏ TV » Prezidentlər görüşdülər-Video

Prezidentlər görüşdülər-Video

27-02-2013, 18:55
Oxunub: 4 877 Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb
Fevralın 27-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub.
Bolgexeber.com –un AzərTac-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.