Oxunub: 10 702İranlı qadın fəallar, üzərlərindəki çarşafı çıxardıqdan sonra çılpaq qalıb. Aktivistlər, İslam dünyasındakı qadın hüquqlarına diqqət çəkmək üçün 8 Mart Dünya Qadınlar Günündən əvvəl belə bir hərəkət təşkil etdiklərini qeyd edib. Qadın aktivistlər, vucüdlarına "Mənim çırplaqlığım mənim gücümdür" və "çarşafa xeyr" kimi şüarlar yazıb. İranlı qadın fəalların hərəkətinə, FEMEN də dəstək verib. İsveçin paytaxtı Stockholmda fəaliyyət göstərən İranlı qadın fəalların fotoşəkilləri isə FEMEN-in internet səhifəsində yayılıb. Müsəlman ölkələrindəki qadınları bu cür hərəkətlərə cəsarətləndirən FEMEN qrupu, son olaraq Misirli qadın fəal Alia əl Mahdinin Stockholmda Misir səfirliyi önündəki etirazına dəstək vermişdi.