Oxunub: 5 439Abşeronda qanlı hadisə baş verib. Söyüş uşaqlıq dostları arasında bıçaqlanmayla nəticələnib.
Hadisə bir neçə gün bundan əvvəl Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Çay evlərinin birində yaranan mübahisə zamanı 33 yaşlı Elşən Həsənov zərərçəkən Asif Musayevə 2 bıçaq zərbəsi vurub.
Dostunu bıçaqladıqdan sonra bir müddət istintaqdan yayınan Elşəni sonda yaxalamaq mümkün olub. Faktla bağlı Elşən Həsənov barəsində Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 – “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.