BolgeXeber.Com » BÖLGƏ TV » “Eurovision-2013” təmsilçisimiz bəlli oldu – VİDEO

“Eurovision-2013” təmsilçisimiz bəlli oldu – VİDEO

15-03-2013, 10:20
Oxunub: 4 767 Fərid Məmmədov mayın 16-da Malmödə ikinci yarımfinalda çıxış edəcək “Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin kimliyi bəlli olub. “Qafqazinfo”nun məlumatına görə, “Buta Palace”da Leyla Əliyeva və Tural Əsədovun aparıcılığı keçirilən gecənin qalibi Fərid Məmmədov olub. Qeyd edək ki, İsmayıl Ömərov, Faiq Sücəddinov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Rəşad Haşımov, Zəhra Bədəlbəyli, Mənzər Nurəliyevanın münsif olduğu yarışmada Azərbaycanı təmsil etmək uğurunda 10 iştirakçı yarışıb. Onu da əlavə edək ki, təmsilçimiz mayın 16-da Malmödə “Biz birik” şüarı ilə keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək
Bolgexeber.com