BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabadda Novruz bayramı günü qeyri-adi hadisə ( VİDEO)

Cəlilabadda Novruz bayramı günü qeyri-adi hadisə ( VİDEO)

23-03-2013, 19:05
Oxunub: 4 840 Cəlilabad rayon Şatırlı kənd sakini Həsənağa Nadirov Novruz bayramı günü maraqlı hadisə ilə qarşılaşıb. anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini evdən bayıra çıxarkən, evin damına qonmuş göyərçin halsız vəziyyətdə qəfildən evin həyətinə düşüb.

Həsənağa Nadirov göyərçini əlinə götürdükdə onun hər iki ayağında xüsusi yazısı olan lövhənin olduğunu görüb. Göyərçinin bir ayağındakı nişan 2007-ci ildə İordaniyada 40309 nömrə ilə qeyd olunub. Digər qıçındakı 2974 nömrəli nişan isə 2009-cu ildə Dubayda vurulub. Halqavari nişan bir çox ölkələrdə quşların miqrasiyasını izələmək məqsədilə vurulur.

Artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Qeyd edək ki, bu göyərçinin yerli quşlardan fərqli olaraq burun deşiklərində xüsusi əzələ çıxıntıları var. Mütəxəssislərin fikrincə, bu quşların yaşadıqları coğrafi məkanın adoptik xüsusiyyətləridir