BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabaddakı dəhşətli qətli törədən danışdı (VİDEO, EKSKLÜZİV)

Cəlilabaddakı dəhşətli qətli törədən danışdı (VİDEO, EKSKLÜZİV)

27-03-2013, 00:00
Oxunub: 5 489 Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsinə səbəb qatilin intiqam hissi imiş. Ana və günahsiz iki körpə narkotik aludəçisinin amansizlığının qurbanı olub. Hadisənin təfərrüatlari öyrənmək üçün ANS-in xüsusi müxbiri Cəlilabadda olub. O, hadisənin təfərrüatlarını araşdırıb. Beləliklə, qanlı cinayətin qan donduran təfərrüatları.

Hadisə bas verən vaxt Məzahir isdə olub. İnternet klubunda isliyən Məzahir ən tez halda evə gecə caat 12-də gəlirmiş. Həmin gün də istisna deyildi. Qəfildən onun telefonuna zəng gəlir. Həyat yoldaşi Nahidə idi. Amma qismətdən Məzahir telefona cavab vermir. Bir qədər sonra özu təkrar həyat yoldaşına zəng vurur. Amma xanımı telefona cavab vermir. Sən demə, bu zaman 28 yaslı qadın sag qalmaq ücün mücadilə edirmiş.

Musa Quliyev. Bu ailə qatili Quliyevlərin kürəkəni olub - Məzahirin bacısı Gulşənin həyat yoldaşi. 4-5 il əvvəl dini nikahla evləniblər. Bu evlilikdən bir ogulları olub. Qohumlarının dediyinə görə, aralarında narazılıq yarananda hələ körpələri dünyaya gəlməyibmiş. Bir müddət ayrı yasayıblar. Amma sonradan Məzahir onları barışdırmaq üşün öz evinə gətirib. Həyat yoldaşi Nahidə gələcək qatilinin aylarla qullugunda durub. Amma sonradan yenə də baldızı ilə ayrılmalı olublar. Qohumlari deyir ki, buna səbəb Musa Quliyevin narkotik aludəcisi olması idi. Düz bir il idi ki, ayrı yasayırdılar. Hətta, 5 yaslı oğluna valideynlik hüququ vermək də istəmirmiş . Bir-iki ay əvvəl isə məhkəmə bu hüququ bərpa edib və bu da Musanın sonradan qatilə çevrilməsinə əsas verib. Zərərçəkənlərin sözlərinə görə, Musa hətta, İlaxır çərşənbəni oğlunun beşiyini həyətdə yandıraraq hər kəsdən intiqam alacağini bildirib. Qurbanları isə 4-5 ay evində yaşadığı qayını Məzahirin həyat yoldaşi və 2 azyaşlı qızı olub.

Qatil, 4 yaşlı Mədinəni anası Nahidə ilə eyni otaqda öldürüb. Hadisədən ilk xəbər tutan isə qətli törədən Musa Quliyevin bacanaği Siyavuş Təhməzov olub. O, “Məzahirin evi yanır” xəbərinə qaçıb gəlib və belə bir hadisə ilə qarşilaşıb.

Qətli törədən Musa Quluyev istintaqa ifadəsində bildirib ki, qayını Məzahirgilə bayramlaşmaq üçün gedib. Lakin evin xanımı onun üstünə qaynar su ataraq evdən çixmasını tələb edib .

Xatirladaq ki, Musa Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi qaldırılıb.