BolgeXeber.Com » BÖLGƏ TV » Gülər Əhmədova zindanda şer də yazır

Gülər Əhmədova zindanda şer də yazır

1-04-2013, 11:20
Oxunub: 4 659 Türmədə şeir yazan Gülər Əhmədova müxalifətə mesaj yolladı; Sabiq deputat psixotrop maddələr qəbul edir… Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova cəbhəsindən yeni xəbərlər var. Bu barədə bizə açıqlamasında sabiq deputatın vəkili Raqif Mustafayev bildirdi. Müsahibimiz öncə müvəkkilinin sağlıq durumuna toxundu. Onun sözlərinə görə, G.Əhmədovanın orqanizmindəki əsas problemlər ürəyində və beynindədir: “Gülər xanımın beyni sakitləşmir. Psixotrop maddələr qəbul edir ki, rahatlansın. Onun səhhətində ciddi problemlər var. Müayinə və müalicə lazımdır. İstintaq təcridxanasında isə belə şərait yoxdur”. Müsahibimiz dedi ki, müvəkkilinin müalicə müəssisəsinə köçürülməsi üçün daha öncə müraciət etsə də, cavab almayıb: “Bu barədə heç bir tədbir görülmür. Başını tomoqrafiyadan keçirmək lazımdır. Gicəllənməsi var, bir hissəsi ağrıyır. Azadlıqda olanda psixiatr resept yazıbmış. İndi o dərmanlardan istifadə edir. Bu hadisələrdən sonra onda beyin pozuntuları olub. Ona görə də müalicəsində israr edirik”. “Xədicə İsmayıl Əli Həsənovun dediklərini təhrif edib” Vəkil 28 mart tarixində “Azadlıq” radiosunda “İşdən sonra” verilişində aparıcı Xədicə İsmayılın Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun “AzərTAc”a verdiyi müsahibəni təhrif etdiyini söylədi: “Aparıcı belə bir fikir söylədi ki, guya Əli Həsənov Gülər Əhmədovanın Elşad Abdullayevdən pul almasını etiraf edib. Halbuki Əli Həsənov müsahibəsində bildirib ki, ”Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və mənsəb qazanmaq istəyi baş tutmamışdır". Mən bir daha bəyan edirəm ki, heç kəs Gülər Əhmədovanın konstitusion hüququnu poza bilməz. Çünki onun təqsirsizlik prezumpsiyası var". “Videodakı 500 rəqəmi nəyi göstərir - pulu, yoxsa başqa əşyanı?” R.Mustafayev söylədi ki, heç kim G.Əhmədovanın E.Abdullayevdən pul aldığını da söyləyə bilməz. Onun sözlərinə görə, ortada bunu sübut edəcək fakt yoxdur: “Elşad Abdullayev kifayət qədər ehtiyatlı insan olub. Və hər şeyi videoya çəkib. Əgər o, Gülər Əhmədovaya pul vermişdisə, bunu niyə çəkməyib və ictimaiyyətə təqdim etməyib? Deməli, belə fakt olmayıb. Ümumiyyətlə, bu onu göstərir ki, ortada maddi sübut kimi pul olmayıb. İkincisi, məlum videoyazılarda Elşad Abdullayev hansısa 500-dən danışır. Gülər Əhmədova da orda 1 rəqəmini səsləndirir. Lakin heç kim aydınlıq gətirmir ki, 500 deyəndə nə nəzərdə tutulur? 500 min, 500 milyon, yoxsa trilyon? 500 deyiləndə puldan, yoxsa başqa əşyadan söhbət gedir? Bu sözün ardı gəlmir. Elşad Abdullayev deyir ki, pulu vermişəm, amma Gülər Əhmədovanın o pulu alması ilə bağlı hər hansı etirafı yoxdur videoda. Sanki söhbət birtərəfli gedir. Həmin videolarda Elşad Abdullayev 500-dən danışır. Amma Obyektiv TV-yə verdiyi müsahibədə 1 milyon verdiyini göstərir. Cənab prezidentə ünvanladığı məktubunda isə verdiyi rüşvətin 2 milyon olduğunu göstərib. Başqa bir çıxışında isə göstərmişdi ki, 1 milyon manatdan 500 mini ona Əli Qocayev tərəfindən qaytarılıb. Onun bütün açıqlamalarını oxuyanda başa düşmək olmur ki, bu insan nə tələb edir, kimə nə qədər pul verib və sair”.Türmədə şeir yazan Gülər Əhmədova müxalifətə mesaj yolladı; Sabiq deputat psixotrop maddələr qəbul edir…

Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova cəbhəsindən yeni xəbərlər var. Bu barədə bizə açıqlamasında sabiq deputatın vəkili Raqif Mustafayev bildirdi. Müsahibimiz öncə müvəkkilinin sağlıq durumuna toxundu.

Onun sözlərinə görə, G.Əhmədovanın orqanizmindəki əsas problemlər ürəyində və beynindədir: “Gülər xanımın beyni sakitləşmir. Psixotrop maddələr qəbul edir ki, rahatlansın. Onun səhhətində ciddi problemlər var. Müayinə və müalicə lazımdır. İstintaq təcridxanasında isə belə şərait yoxdur”.

Müsahibimiz dedi ki, müvəkkilinin müalicə müəssisəsinə köçürülməsi üçün daha öncə müraciət etsə də, cavab almayıb: “Bu barədə heç bir tədbir görülmür. Başını tomoqrafiyadan keçirmək lazımdır. Gicəllənməsi var, bir hissəsi ağrıyır. Azadlıqda olanda psixiatr resept yazıbmış. İndi o dərmanlardan istifadə edir. Bu hadisələrdən sonra onda beyin pozuntuları olub. Ona görə də müalicəsində israr edirik”.

“Xədicə İsmayıl Əli Həsənovun dediklərini təhrif edib”

Vəkil 28 mart tarixində “Azadlıq” radiosunda “İşdən sonra” verilişində aparıcı Xədicə İsmayılın Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun “AzərTAc”a verdiyi müsahibəni təhrif etdiyini söylədi: “Aparıcı belə bir fikir söylədi ki, guya Əli Həsənov Gülər Əhmədovanın Elşad Abdullayevdən pul almasını etiraf edib. Halbuki Əli Həsənov müsahibəsində bildirib ki, ”Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və mənsəb qazanmaq istəyi baş tutmamışdır". Mən bir daha bəyan edirəm ki, heç kəs Gülər Əhmədovanın konstitusion hüququnu poza bilməz. Çünki onun təqsirsizlik prezumpsiyası var".

“Videodakı 500 rəqəmi nəyi göstərir - pulu, yoxsa başqa əşyanı?”

R.Mustafayev söylədi ki, heç kim G.Əhmədovanın E.Abdullayevdən pul aldığını da söyləyə bilməz. Onun sözlərinə görə, ortada bunu sübut edəcək fakt yoxdur: “Elşad Abdullayev kifayət qədər ehtiyatlı insan olub. Və hər şeyi videoya çəkib. Əgər o, Gülər Əhmədovaya pul vermişdisə, bunu niyə çəkməyib və ictimaiyyətə təqdim etməyib? Deməli, belə fakt olmayıb. Ümumiyyətlə, bu onu göstərir ki, ortada maddi sübut kimi pul olmayıb. İkincisi, məlum videoyazılarda Elşad Abdullayev hansısa 500-dən danışır. Gülər Əhmədova da orda 1 rəqəmini səsləndirir. Lakin heç kim aydınlıq gətirmir ki, 500 deyəndə nə nəzərdə tutulur? 500 min, 500 milyon, yoxsa trilyon? 500 deyiləndə puldan, yoxsa başqa əşyadan söhbət gedir? Bu sözün ardı gəlmir. Elşad Abdullayev deyir ki, pulu vermişəm, amma Gülər Əhmədovanın o pulu alması ilə bağlı hər hansı etirafı yoxdur videoda. Sanki söhbət birtərəfli gedir. Həmin videolarda Elşad Abdullayev 500-dən danışır. Amma Obyektiv TV-yə verdiyi müsahibədə 1 milyon verdiyini göstərir. Cənab prezidentə ünvanladığı məktubunda isə verdiyi rüşvətin 2 milyon olduğunu göstərib. Başqa bir çıxışında isə göstərmişdi ki, 1 milyon manatdan 500 mini ona Əli Qocayev tərəfindən qaytarılıb. Onun bütün açıqlamalarını oxuyanda başa düşmək olmur ki, bu insan nə tələb edir, kimə nə qədər pul verib və sair”.