Oxunub: 6 851Türkiyədə qəribə hadisə baş verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, Kahramanmaraş şəhər sakinlərinin birinin həyətində saxladığı xoruz danışmağa başlayıb. Belə ki, Mehmet Taş adlı kişi həyətindəki ev quşlarından birini kəsmək istəyib. Xoruzu tutandan sonra o, qışqırmağa başlayıb. "Onun "anne" (ana) dediyini hiss etdim. Amma sonra belə şey ola bilməyəcəyini düşündüm. Bir gün sonra yenidən onu tutanda eyni səsi çıxarmağa başladı. Ailəlikcə onun dediyinə qulaq asanda isə inana bilmədik. Xoruz doğurdanda "anne" deyə qışqırırdı". anspress