BolgeXeber.Com » BÖLGƏ TV » Elşad Abdullayevdən daha 2 video

Elşad Abdullayevdən daha 2 video

4-04-2013, 09:05
Oxunub: 5 001 Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevlə bağlı yeni videolar yayılıb. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən “Azadlıq TV”yə təqdim edilən videoda maraqlı məqamlar yer alıb. E.Abdullayevin kabinetində çəkilən videoda, onun özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən Babaşov Natiq Cabbar oğlu və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Piterburuq şəhərində olur. Natiq Babaşov bir dəfə Piterburuqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır.

Videoların 3-cü və 4-cü hissələrində Mahir Abdulayevlə onu saxlayan şəxslər arasındakı davadan söhbət gedir. Eyni zamanda Mahirin səhhəti barədə Elşad və Elsəvər Abdullayevlərə məlumat verilir. Daha sonra M.Abdullayevin oğurlanmasında iştirak edən şəxsin kimliyi acıqlanır. Bu şəxsin M.Abdullayevin tələbəlik dostu, Cəfərov Qulu Əli oğlu olduğu söylənilir. Q.Cəfərovun Gürcüstanın Marneuli rayonu Saral kəndindən olduğu bildirilir.
“Azadlıq TV”nin aldığı məlumata görə, Q.Cəfərov MTN-in adı bir sıra qalmaqalarda keçən yüksək rütbəli zabiti Akif Çovdarovun yaxın qohumudur.
Söhbətdə iştirak edən Natiq Babaşov Qulu Cəfərovun “TT” markalı silahla gəzdiyini bildirir. N.Babaşov M.Abdullayevin oğurlandıqdan sonra 2 ay Bakıda, daha sonra Rusiyanın Nevnominski şəhərinə aparılaraq 2 ay da orada saxlandığını və yenidən Azərbaycana qaytarıldığını söyləyir.