BolgeXeber.Com » BÖLGƏ TV » Pərviz Bülbülə ona görə intihar etmək istəyən qızdan danışdı - Video

Pərviz Bülbülə ona görə intihar etmək istəyən qızdan danışdı - Video

10-04-2013, 12:55
Oxunub: 4 435 5 gün əvvəl toyu olan məşhur meyxanaçı Pərviz Bülbülə ona görə intihara cəhd edən 14 yaşlı meyxanaçı Zema adlı qızdan danışıb. P.Bülbülə ans press-ə açıqlamasında baş verənlərin göründüyü kimi olmadığını bildirib:

"Əslində bu xəbər Zemanın məhşurlaşmasına hesablanmış bir addımdır. Mənim adımdan istifadə edib o qızı məşhurlaşdırmaq istəyirlər. Mənə Zemanın və xəbərini yayan "Facebook" səhifəsinin işlədən şəxsin telefon danışıqlarını verdilər. Qulaq asdım. Xəbəri yayan şəxs Zemaya təklif edir ki, gəl biz Pərviz Bülbülənin toyundan istifadə edib səni məşhurlaşdıraq. Guya sən Pərviz Bülbüləyə görə damarlarını kəsmisən və sairə. Bu xəbərlər partlayış olacaq və sən bir günün içində məşhur olacaqsan!"

Pərviz Bülbülə həmin telefon danışığını vermək istəsə də, sonda fikrindən vaz keçib.

Meyxanaçı baş verənlərdən çox narahat olduğunu deyir: "Mən evlənmişəm, belə xəbərlərin yayılması mənə heç də lazım deyil. Asan yolla məşhurlaşmaq istəyənlər kiminsə adından istifadə edir. Sabah bir başqası çıxıb şər atar ki, gündəmə gəlsin. Mən şou-biznesdə deyiləm, mənə bu cur reklam lazım deyil."

Məşhurlaşmaq istəyən Zema guya fanatı olduğu Pərviz Bülbülənin toyundan xəbər tutan kimi intihara cəhd edib. "Damarlarını kəsdikdən" sonra yaxınlarının müdaxiləsi ilə həyata qaytarılan 14 yaşlı Zemfira bu açıqlamanı verib: "Özümü öldürmək istədim. Özümü dənizə atmaq istəmişəm, damarlarımı kəsmişəm. Yaxınlarım sağ olsunlar, vaxtında başa saldılar. Başa düşdüm. Mən onun şəxsi həyatına qarışmıram. Mən onun adi fanatıyam. Fanat kimi sevirəm onu. Sevgi var, amma sevən üçün. Düzdü sevgim qarşılıqsızdı, amma yenə də... Ancaq Pərvizi seçmişəm, özüm də əminəm ki, həyatımda başqası olmayacaq."