BolgeXeber.Com » BÖLGƏ TV » Uşaq mənimdir, oxutmuram...”- Video

Uşaq mənimdir, oxutmuram...”- Video

12-04-2013, 14:35
Oxunub: 4 756 Gördükləriniz Azərbaycanın, başkəndimiz Bakının reallıqlarından bir epizoddur. İctimai nəqliyyatdan istifadə edən hər kəs yəqin ki, vaxtaşırı belə səhnələrlə üzləşir, əsəblərini xərcləmək bahasında yanından ötür, ya da hirsini, hikkəsini elə ordaca töküb, “bu ölkə düzələn deyil” avtobusdan düşür.
Bu gün səhər 11 radələrində “Yeni Günəşli”-“Neftçilər” marşrutları üzrə hərəkət edən 80 saylı avtobusda başqa bir aləm vardı. Sürücü əvvəlcə 40 saylı avtobusla yarışa çıxdı, yarışı udub, daha sonra kiməsə telefon açaraq uca səslə uzun-uzadı danışdı, onunla Ağdaş tərəfə getmək istədiyini deyib razılaşma əldə elədi. Şərtini də “şumda” kəsdi: “Bax, yol boyu qonaqlıq mənlikdir, ancaq maşını sən sürəcəksən, mənsə gedib-gələnəcən vuracağam”.
Sonra bir siqaret yandırdı, salonu tüstü bürüdü, arxa oturacaqda əyləşən qadın ara-sıra öskürsə də, səsini çıxarmadı.
“Xalqlar dostluğu”nda avtobusu saxlayıb qapını açdı və kimsəni saymayaraq tanışı ilə söhbətləşməyə başladı.
Arxada dayanmış avtomobillərin siqnalı səsi küçəni başına götürdü.
Şəxsi maşını yolda xarab olduğu üçün məcburən avtobusa minən “qərib” sərnişin isə dözməyərək bu biabırçılığa son verilməsini, adamlara hörmət qoyulmasını, uşaq əməyinin istismar edilməməsini tələb edir, “bu uşaq indi məktəbdə olmalıdır, burda yox” deyir. Sürücü isə “uşaq mənimdir, özüm bilərəm, guya oxuyub nə olacaq, mən özüm leytenantam, maşın sürürəm, get, hara istəyirsən, şikayət elə” cavabını verir.