BolgeXeber.Com » BÖLGƏ TV » Abşeronda qısqanclıq zəminində dəhşətli qətl- Video

Abşeronda qısqanclıq zəminində dəhşətli qətl- Video

12-04-2013, 16:10
Oxunub: 4 569 Abşeron rayonunda qısqanclıq səbəbindən dəhşətli qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, ev 4, mənzil 19 ünvanında qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Fərzəliyev Saleh Əlövsət oğlu aralarında yaranmış münaqişə zəminində öz həyat yoldaşı 23 yaşlı Fərzəliyeva Nərmin Etibar qızına bir neçə bıçaq xəsarəti yetirib. Xəsarətləri ağır olan Nərmin Fərzəliyeva elə yerindəcə keçinib.

Öz həyat yoldaşını qətlə yetirən Saleh sonra könüllü olaraq polisə təslim olub. İlkin dindirilmə zamanı Saleh Fərzəliyev həyat yoldaşını, ona xəyanət etdiyi üçün öldürdüyünü bildirib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam edir.