BolgeXeber.Com » BÖLGƏ TV » Dördüncü mərtəbədən yıxılan 97 yaşlı qoca sağ qalıb -Video

Dördüncü mərtəbədən yıxılan 97 yaşlı qoca sağ qalıb -Video

17-04-2013, 08:15
Oxunub: 4 265 Ukraynada 97 yaşlı qoca qadın pəncərədən yıxılsa da, kondisionerə ilişməsi onu xilas edib
Dördüncü mərtəbənin pəncərəsindən sürüşərək yıxılan qadının ayağı mərtəbələr arasında yerləşən kondisionerə ilişib. Köməyə gələn xilasedicilər mərtəbələr arasında başı aşağı sallanıb qalan qocanı xilas edə bilib. Xilasedicilərin hadisə yerinə tez çatması da faciənin qarşısını alıb. Şahidlərin sözlərinə görə, qadın hər an yerə yıxıla bilərdi. Bütün əməliyyat 10 dəqiqədən az vaxt aparıb. 97 yaşlı qadının sözlərinə görə, yıxılmasına səbəb pəncərəni bağlama istəyərkən aşağı boylanması olub. Hadisə zamanı qadın evdə tək olub.