BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda dəhşətli avtobus qəzası - Video

Bakıda dəhşətli avtobus qəzası - Video

19-04-2013, 09:05
Oxunub: 4 102 Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bolgexeber.com i xəbər verir ki, hadisə şahidlərinin verdiyi xəbərə görə, maşın bazarından Biləcəriyə gedən yolda 10 TG 261 və 10 TF 965 nömrə nişanlı iki sərnişin avtobusu toqquşub. Hadisə dünən təxminən 16:40-da baş verib.
Hadisə nəticəsində ən azı 9-10 nəfərin xəsarət aldığı, bir nəfərin beyninə şüşə girdiyi bildirilir. Şahidlərin verdiyi məlumata görə, hadisə yerində polis və FHN-in əməkdaşları işləyir. Həmin yol çox ensiz və birtərəfli olduğundan yaralıları aparmaq çətinlik törədir. Yaralıların üst-üstə aparıldığı bildirlir.

İlkin ehtimallara görə, qəzaya səbəb ötmə əməliyyatının düzgün aparılmamasıdır.

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 11 nəfər xəsarət alıb və xəsarət alanların bəzilərinin vəziyyəti ağır, bəzilərinin isə orta-ağır qiymətləndirilir.

Hadisə yerində olan əməkdaşına şahidlərin verdiyi məlumata görə, avtobus sürücülərindən biri ölüb.