BolgeXeber.Com » BÖLGƏ TV » Alıcılar arasında yeni trend: Aldıqları geyimləri istifadə edib geri qaytarırlar (VİDEO)

Alıcılar arasında yeni trend: Aldıqları geyimləri istifadə edib geri qaytarırlar (VİDEO)

11-01-2020, 13:56
Oxunub: 6 943 Son vaxtlar satıcıların ən çox şikayət etdiyi məsələlərdən biri alıcıların geyimləri alıb, istifadə edib, daha sonra geri qaytarmasıdır. Bəs hansı hallarda mallar geri qaytarılmalıdır?

14 gün ərzində paltarların qaytarıla bilməsini fürsət bilənlər bundan istifadə edirlər.

Satıcılar bildirirlər ki, hətta bir çox müştəri malın onlara hədiyyə alındığını bildirib, paltarları geri verirlər. Bunun müəyyən qədər qarşısını ala bilmək üçün fərqli bir metoddan istifadə edərək problemin az da olsa, qarşısını almağa çalışırlar.

Mövcud qanunvericiliyə görə, geyimlərin qaytarılmasında incə bir detal var ki, bunu çox vaxt satıcılar bilmir və bu da alıcılar üçün fürsət olur. Əslində, geyimlər qaytarılmamalıdır. Ancaq dəyişdirilməyə icazə var.

Qeyd edək ki, qızıl məmulatları, alt geyimləri, kosmetik və gigiyenik vasitələr, parfüm və bu qəbiləndən olan malların qaytarılması və dəyişdirilməsi mümkün deyil. Ancaq bu mallarda istehsal səhvi olarsa, zəmanat müddətində onların dəyişdirilməsi mümkündür.