BolgeXeber.Com » BÖLGƏ TV » Fəzail İbrahimli seçicilərlə görüşlərini dayandırmalı oldu - ETİRAZ+VİDEO

Fəzail İbrahimli seçicilərlə görüşlərini dayandırmalı oldu - ETİRAZ+VİDEO

1-02-2020, 09:50
Oxunub: 16 696 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizəd Fəzail İbrahimli yenə seçici etirazı ilə üzləşib

Təbliğat-təşviqat dövründə tez-tez seçicilərin narazılıqları ilə qarşılaşan deputat-namizəd məcburən görüşləri dayandırmalı olub.


Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Cəlilabadın Ağdaş və Kolanlı kəndlərində, Göytəpə şəhərində keçirdiyi görüşlərdə əhalinin ciddi etirazları F.İbrahimlini növbəti görüşlərini təxirə salmağa məcbur edib: "Köhnə deputatların əksəriyyəti bu vəziyyətdədir. Ona görə də seçicilərlə açıq görüşlərdən çəkinirlər, icralarla danışır büdcə təşkilatı işçilərini yığırlar ki, heç kim söz deyə bilməsin. Belə toplantılar təşkil edir, şəkil çəkdirir gedirlər. Axırıncı dəfə 2015 parlament seçkilərində olublar yerlərdə, indi kimi aldadırlar - Prezidenti?"

Redaksiyamıza təqdim olunan videodan da görünür ki, vətəndaşlar deputatın onların problemlərini parlamentdə səsləndirməməsindən, onların güzəranına biganə qalmalarından narazıdırlar.