BolgeXeber.Com » BÖLGƏ TV » İnternetdə böhtan və təhqirə görə cəza müzakirə olunub-Video
İnternetdə böhtan və təhqirə görə cəza müzakirə olunub-Video
4-05-2013, 09:15
Oxunub: 4 710147 və 148-ci maddələrinə dəyişikliklərin tətbiqinə münasibət fərqli olub
Eynulla Fətullayevlə Elbrus Ərud arasında qalmaqal yaşanıb.ANS-in "Açıq söhbət" verilişinin növbəti teledebatında Milli Məclisdə Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə gözlənilən dəyişiklik müzakirə edilib. "Cəza jurnalistdə nəyi dəyişir?" sualı üzərində qurulan mövzuda həbsdə yatmış jurnalistlə, qalmaqallı jurnalistin debatı qızğın mübahisə şəraitində keçib.
Maraqlıdır ki, hər iki şəxs mətbuat nümayəndəsi olmasına baxmayaraq, böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklərin tətbiqinə münasibət fərqli olub. Eynulla Fətullayev qadağanın tətbiqini labüd hesab etsə də, qalmaqallı yazılarla məşhurlaşan “ Elbrus Ərud bununla qətiyyən razılaşmaq istəməyib. Gərgin şəraitdə keçən teledebat az qala jurnalistlərin dueli ilə nəticələnib.
Qeyd edək ki, Milli Məclis Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklər etməyə hazırlaşır. Böhtan və təhqirə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri aprelin 30-da Milli Məclisin saytında və mediada açıqlanıb. Təklif edilən dəyişikliklərə görə internetdə böhtan və təhqirə görə, pul cəriməsi və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər. Cərimənin maksimal həcmi 1000 manat, azadlıqdan məhrum etmənin müddəti isə 3 il ola bilər.