BolgeXeber.Com » BÖLGƏ TV » Azadlıq Meydanında motosikletçilə polislin qarşıdurması-Video

Azadlıq Meydanında motosikletçilə polislin qarşıdurması-Video

6-05-2013, 15:05
Oxunub: 5 707 Hadisə şahidləri şou göstərən motosikletçilərlə polisin davasının videosunu çəkib redaksiyaya gətirdilər

Ötən gün Azadlıq Meydanında keçirilən motosiklet şousunda polislə motosiklet sürücüləri arasında qarşıdurma baş verib.

Şahidlərin verdyi məlumata görə, əraziyə nəzarət edən Post Patrul Xidmətinin əməkdaşları ilə motosikletçilər arasında qarşıdurma yaranıb. Tərəflər bir-birlərinə qarşı ağır ifadələr işlədiblər. Qarşıdurmanın bir hissəsi hadisə şahidləri tərəfindən çəkilərək “Qafqazinfo”ya təqdim edilib. İndi sizə təqdim edəcəyimiz görüntüdə polis əməkdaşı motosikletçini nizam-intizama dəvət etsə də, qarşı tərəf özünü saymazyana aparmaqla polisin üstünə yeriyir. O, hətta polis əməkdaşına “əcəb edirəm”- cavabını verərək onu saymır. Qarşıdurmanın böyüməsinin qarşısı alınsa da, şahidlər deyirlər ki, sonaradan mübahisə böyüyür. Motosikletçilər harasa zəng ediblər. Bundan sonra hətta polis əməkdaşlarına zəng gəldiyi və onların qarşı tərəfdən üzr istədikləri də bildirilir.

Bizə tez-tez vətəndaş-polis qarşıdurmaları haqqında video materillar göndərilir və onları yayırıq. Əksər hallarda da bu mübahisələrdə günahkar tərəf polis olur. Və biz bunu qeyd edirik. Lakin bu gün təqdim etdiyimiz videoda mənzərə bir qədər ayrı təəssürat yaradır. Hətta adam Azərbaycan polisinin düşdüyü situasiyaya görə sarsılır da...

Videoya baxdıqca bir sual yaranır. Polis əməkdaşları burada haqsız idilərmi? Yəni nizam-intizama dəvət edilən motosikletçilər polisin üstünə bu şəkildə yeriməliydilərmi? Hətta ona üzr istətməkləri bir yana... Bir polis, bir motosikletçinin qarşısında bu qədərmi aciz buraxılmalıdır?.. Məsələyə vicdanla yanaşılsa, nəticə necə olar? Bu yerdə şərhə çox yer vermədən Mustafa Kamal Paşa Atatürkün türk polisi haqqında dediyi möhtəşəm bir fikri qeyd etməyi lazım bilirik. “Hər kəsin polisi kəndi vicdanıdır, polis vicdanı olmayanın qarşısındadır...”