BolgeXeber.Com » BÖLGƏ TV » Pirallahıda əhali etiraza qalxıb -VİDEO

Pirallahıda əhali etiraza qalxıb -VİDEO

16-05-2013, 11:50
Oxunub: 5 163 Bakıdan başlanan söküntü işləri Pirallahı rayonuna da çatıb. Evlərinin heç bir xəbardırlıq edilmədən sökülməsinə etiraz edən qəsəbə sakinləri aksiyası keçiriblər.
Qəsəbənin mərkəzinə toplaşan sakinlərin sözlərinə görə, bu ərazidə artıq on ilə yaxındırki məskunlaşıblar. Məskunlaşdıqları torpağın uzunmüddətli icarəsi haqqında əllərində rəsmi sənəd olsa da, heç bir xəbərdarlıq edilmədən mayın 15-i səhər saatlarında qəsəbəyə ağır texnika yeridilib. Sakinlərə evlərinin plana düşdüyünü deyərək söküntü işlərinə başlanılıb.
Pirallahı Rayon İcra Hakimiyyətinin rəsmisi Manaf Manafov ANS-ə bildiribki, rayon yeni yaradıldığından həmin ərazi yeni plana görə mərkəz hesab olunur. Sözügedən ünvanda da rayonun inzibati binaları tikiləcək. Sakinlərə də bu barədə əvvəlcədən şifahi məlumat verilib. İcra rəsmisinin sözlərinə görə, sökülən evlərin müqabilində, konpensasiya məsələsi də həllini tapacaq