BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtda ölən məktəblinin videosu

Sumqayıtda ölən məktəblinin videosu

17-05-2013, 09:50
Oxunub: 4 722 Videoda ölən şagirdin məktəbin həyətində şagird yoldaşları ilə güləşdiyi görünür Dünyasını dəyişmiş Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun video kadrları yayılıb. suqmayitxeber.com saytı araşdırma nəticəsində dünyasını dəyişən şagirdin özünün də sağlamlığına ciddi yanaşmadığını, həkimlərin özünü qorumaqla bağlı tövsiyələrinə əməl etmədiyini üzə çıxarıb. Əldə etdiyimiz video görüntüdə Azad öz məktəb yoldaşları ilə güləşir. Videoda 1.55-ci dəqiqədən sonra ölən şagirdin məktəbin həyətində şagird yoldaşları ilə güləşdiyi görünür. Bu isə sual doğurur ki, əgər şagird ürəyinin xəstə olduğunu bilirdisə və həkim bunu qadağa qoyubsa nə üçün güləşirmiş?