BolgeXeber.Com » BÖLGƏ TV » Ona çinsi əlaqə təklif etdiyini iddia edən Kəlbəcərli qız adam bıçaqladı-Video
Ona çinsi əlaqə təklif etdiyini iddia edən Kəlbəcərli qız adam bıçaqladı-Video
2-06-2013, 09:55
Oxunub: 8 387Təhsil Şöbəsinin müdirinin ona çinsi əlaqə təklif etdiyini iddia edən müəllimə yaşlı qadını xəstəxanalıq etdi
Bir müddət öncə haqqında videogörüntü yaydığı Kəlbəcərli köçkün Ələkbərova Fərqanə Əhliman qızı cinayət törədi .Avropa.info-nun polisdəki mənbədən əldə etdiyi məlumata görə, Göygöl rayonun ərazisndə Murovdağ qəsəbəsində məskunlaşan Kəlbəcər köçkünü Ələkbərova Fərqanə Əhliman qızı 27.05.2013-cü il tarixdə qəsəbənin ərazisində xuliqanlıq hərəkəti edib. O öz qonşusu Şövkət Fərzəliyevanın kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.Bu xəsarətlə ürəyi soymayan Ələkbərova Fərqanə anası Firəngiz Ələkbərova ilə birləşərək Şövkət Fərzəliyevanın baş-beyin nahiyəsinə bıçağın sapı ilə çox saylı zərbələr endirərək onu ölümcül hala salıblar. Bundan sonra gözlərini qan örtmüş ana-bala əllərində olan bıçaq və balta ilə qəsəbə sakinlərinə hücum çəkiblər.Bu cür xuliqanlıq hərəkətləri bir neçə saat davam etməsinə sakinlər dözməyərək hadisə ilə bağlı Göygöl rayon polisinə müraciət ediblər. Əraziyə gələn polis əmıkdaşları sayəsində ana-bala zərsizləşdirilərək sakitçiliyi bərpa edilib. Lakin hansısa səbəbdənsə onları həbs etməyiblər.Faktla bağlı isə Göygöl rayon polis şöbəsində cinayət işi qaldırılıb və təhqiqat işləri aparılır. Mənbə bildirir ki, polisin davamlı çağırışlarına baxmayaraq ana-bala polisə gəlib izahaat verməkdən boyun qaçırılar.Zərərçəkən Şövkət Fərzəliyeva aldığı xəsarətlə bağlı hal-hazırda Göygöl rayon mərkəzi xəsətəxanasında müalicə olunur. Xatırladaq ki, Avropa.info Kəlbəcərin təhsil şöbəsinin keçmiş müdiri Mamed Bağırovun barəsində video görüntü yaymışdı. Avropa.info-ya müsahibə verən Kəlbəcər rayon sakini Ələkbərova Fərqanə Əhliman qızı Mamed Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev,maşın alacağını bildirmişdi.Kəlbəcər rayon Təhsil Şöbəsin sabiq müdri tərəfindən heçbir ali təhsili omayan Fərqanə Ələkbərova 53 və 111 saylı Kəlbəcər rayon məktəblərində ibtidai sinif müəlliməsi kimi təyin edilmişdir. İlk dəfə Avropa.info olaraq biz prokurorluq vasitəsi ilə Fərqanə Ələkbərovanı saxta yolla müəllimə kimi işə götürülməsini və ona havadarlıq edənləri ifşa etmişik. Fərqanə Ələkbərovanın vaxtilə Mamed Bağırov haqqında dediklərini əks etdirən videonu bir daha oxucularımıza təqdim edirik: Ərşad