Polislər ANS-in əməkdaşlarını belə döydülər – Video-Foto
2-06-2013, 11:40
Oxunub: 6 389Dünən saat 16.00 radələrində ANS-in çəkiliş qrupuna Nəsimi rayonunun 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən təzyiq göstərilib. Operator və jurnalistimiz Türkiyə səfirliyinin qarşısında keçirilən piketi lentə alarkən polis əməkdaşları onlardan ərazini tərk etməyi tələb edib. Əməkdaşlarımız səfirliyə aid olmayan parka keçdikdən sonra polis çəkiliş qrupunun üzvləri operator Feyruz Ağayev və jurnalist Elnarə Məmmədovanı təhqir edib. Daha sonra bir neçə polis əməkdaşı operatorun qollarını buraraq kameranı əlindən alıb, onun özünü isə polis maşınına otuzduraraq naməlum istiqamətdə aparıb. Jurnalist Elnarə Məmmədova kobud ifadələrlə təhqir olunub, ona fiziki təzyiqlər göstərilib, bir neçə polis xanım müxbiri zorla polis maşınına otuzdurmağa çalışıb. Hadisədə iştirak edən polis əməkdaşları öz hərəkətlərini onunla izah etməyə çalışıblar ki, guya təzyiqə məruz qalmış şəxslərin üzərində onların jurnalist və orerator oldduğunu əks etdirən sənəd və hər hansı nişan olmayıb. Baxmayaraq ki, müxbirin əlindcəki mikrofondla ANS-in loqosu var. ANS və Bakı şəhər Baş Polis İdarəsi həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində öz peşəkar fəaliyyəti ilə məşğul olub. Bu fonda belə bir neqativ insidentin yaranması təəsüf doğurur və biz Bakı şəhər Baş Polis İdarəsinin faktla bağlı araşdırma aparacağına, günahkarları cəzalandıracağına ümid edirik.