Azərbaycanda ssenari müəllifi polis obrazIna görə polisə verildi – Video
28-06-2013, 11:45
Oxunub: 5 695
“Fosfor adam” filminə görə ssenari müəllifi məsuliyyətə cəlb oluna bilər
İTV-nin keçmiş işçisi “Carçifilm”ə qarşı
“Carçifilm”in istehsalı olan “Fosfor adam” filminin ssenari müəllifinin məsuliyyətə cəlb olunması tələb olunur. Bu məqsədlə Yasamal rayon Polis İdarəsinə müraciət daxil olub. 29-cu Polis Bölməsində araşdırılan şikayət ərizəsi İmir Məmmədlinin keçmiş işçisi – Vüqar Şıxəliyevə aiddir. Qaynatasının polis olduğunu əsas gətirərək şikayətçi filmdəki kənd polisi obrazı ilə polislərin təhqir olunduğu qənaətindədir. Polisə şikayət edən şəxs məhz filmin ssenari müəllifi İmir Məmədlidən şikayətçidir.
Filmin ssenari müəllifi İmir Məmmədli məsələdən məlumatlı olduğunu bildirib: “Mən filmin ssenari müəllifiyəm. Yəni, onun ədəbiyyat hissəsinə cavabdehəm. Ssenari, yəni mətn mənə aiddir. Film kollektiv işin məhsuludur. İş prosesində ssenariyə xeyli əlavələr olur. Onlara görə mən məsuliyyət daşımıram. Film şirkətin məhsuludur”.
İmir Məmmədli nə mətn hissəsində, nə də filmdə təhqir kimi qiymətləndirməyə əsas verən hər hansı məqam olmadığını vurğulayıb: “Mən polisin guya filmdə təhqir olunması fikri ilə razılaşmıram. Filmdəki kənd polisi ümumiləşdirilmiş prototip deyil. Bir bədii obrazdır. Müasir kinokomediyada konkret personajdır. Onun hər hansı polisi təhqir etdiyini düşünmək fikri kökündən yanlışdır. Dünyada minlərlə kinokomediya çəkilir. Bu ilk kinokomediya deyil və orada ad və ya soyad hər hansı birinə uyğunlaşdırılmayıb, obraz tarixi şəxsiyyət də deyil və s. Bu film insanı əyləndirmək üçün yazılmış bir kinokomediyadır”.
Ssenarist belə bir narazılıq barədə ilk dəfə eşidəndə təəccüblənib: “Film 5 ildir çəkilib. Dəfələrlə ekranlara çıxıb. Kiminsə bunu indi özünə təhqir hesab etməyini başa düşmürəm. Ümumiyyətlə, mən burada “təhqir” deyərkən nə nəzərdə tutulduğunu da anlamıram. 2-ci, 3-cü dərəcəli personajın narazılıq doğurduğunu eşidəndə çox təəccübləndim. Mənə qəribə gəldi. Biz sivil millətik və 21-ci əsrdə yaşayırıq. Bir film barədə çəkiləndən 5 il sonra təhqir predmeti axtarmaq qəribəlikdən başqa bir şey deyil”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər