Sabirabad sakinləri Prezident Administrasiyasına yürüş edib – Video
28-06-2013, 12:50
Oxunub: 5 981
İyunun 28-də Sabirabadın Şəhriyar və Xəlfəli kəndindən olan 80-ə yaxın sakin Prezident Administrasiyasına yürüş edib.
İki kəndin sakinlərinin PA-ya yürüş etməsinin səbəbi isə ötən ilin avqust ayında taksi sürücüsünün şikayətinə əsasən həbs olunan kənd sakinləri ilə bağlı olub. Şəhriyar kənd sakini Məmmədəli Abdullayevin sözlərinə görə, dövlət ittihamçısı Şahlar Muradov, Rafət Əmənov, Kamil Əliyevin hər birinə 11 il iş istəyir: “Bu uşaqların günahı yoxdur. Mindikləri taksidən düşən zaman sürücü onlardan 12 manat pul istəyib. Bunların da cibində 6 manat pul olub. Deyib nömrəni götürək verərik. Daha sonra polis gəlib uşaqları evdən aparıb. Deyiblər ki, taksi sürücüsü sizdən şikayət edib. Ötən ilin avqustundan uşaqları Kürdəxanıdakı təcridxanada saxlayırlar”.
Prezident Administrasiyasına yürüş məqsədləri barədə danışan kənd sakini bildirib ki, məmur özbaşınalığından bezdikləri üçün ölkə başçısına şikayət etməyə gəliblər: “Və yaxud administrasiyada kimsə bizi dinləsin. Rayon hüquq-mühafizə orqanların əməkdaşlarından da şikayətçiyik. Övıladlarımızı haqsız yerə 11 aydır həbs ediblər”.
Həbs olunan Sabirabad sakinlərinin yaxınları bildiriblər ki, gəncləri şərləyərək həbs ediblər: “12 manata görə 11 il iş istəyən prokurorun vicdanının olmasından şübhə edirik. Bu üç gənci kənddə hər kəs çox gözəl tanıyır. Mədəni, tərbiyəli uşaqlardır. İndi onlara quldurluq maddəsi ilə iş açıblar. Axı bunlar taksi sürücüsünü qəsb etməyiblər. Pulları çatmayıb, deyiblər qalanını da sonra verərik. Buna görə 11 il iş verərlər?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər