Erməni xalq artisti azərbaycanlı qadın rolunda – VİDEO
1-07-2013, 10:30
Oxunub: 6 054
Ermənistanın paytaxtı İrəvan şəhərində iyulun 7-14-də keçiriləck sayca X “Qızıl Ərik” kinofestivalında Dağlıq Qarabağda müharibə zamanı azərbaycanlı və erməni qadınlarının münasibətini əks etdirən film nümayiş olunacaq.
Modern.az bildirir ki, bu barədə kinofestivalın təşkilat komitəsindən məlum olub.
“Yarımçıq qalmış uşaqlıq” adlanan filmin ssenarisinin əsasında Marağa kəndində azərbaycanlılara əsir düşmüş 6 yaşlı erməni qızı Lena ilə oğlu cəbhədə itkin düşmüş azərbaycanlı Fatma adlı qadının münasibətləri dayanır. Qadın kiçik qızı oğlu ilə dəyişəcəyinə ümid edir. 129 gün onlar birlikdə yaşayır və bu müddət ərzində bir-birinə yaxın olurlar.
Təsvir olunan hadisələr 1992-ci ildə baş verir. Filmin rejissoru Civan Avetisyan artıq Xankəndində filmin premyerasını keçirib.
Film “Martik” fondunun dəstəyi ilə çəkilib. Filmin ssenari müəlifi, dramaturq Karine Hodikyan, produseri isə Dağlıq Qarabağdakı qondarma rejimin “baş nazirinin müavini” Artur Aqabekyandır. Azyaşlı qızı yerli məktəbli Mariya Qaragülyan, azərbaycanlı qadını isə Ermənistanın xalq artisti Qreta Məclumyan oynayıb. Filmin xronometrajı 45 dəqiqə, 45 saniyədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər