BolgeXeber.Com » BÖLGƏ TV » Elşad Abdullayev daha bir şok video yaydı -Video

Elşad Abdullayev daha bir şok video yaydı -Video

6-07-2013, 20:35
Oxunub: 6 552 Mahir Abdullayevi Dağıstanda kriminallar gizlədib?

Elşad Abdullayev daha bir video yaydı Yeni videoda vasitəçilər Dağıstan daxili işlər nazirinin müavini vasitəsilə ABU rektorunun qardaşını geri “qaytarırlar”
ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a yeni video və müraciət yollayıb. Bu dəfəki gizli video Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin polkovniki Telman Muradovla bağlıdır və 13.XI.2003 tarixində qeydə alınıb. E.Abdullayev müraciətində bildirib ki, artıq video youtube.com saytında ictimailəşdirilib. Onun yazdığına görə, Telman Muradovun 15 video-audio faktı prokurorluğa təhvil verilib: “Həmin ərəfədə DİN İTİ-in rəhbərlərindən biri Teymur Mehdiyev idi . DİN əməkdaşı Telman Muradov Ramiz Mehdiyevin oğlu Teymurun adı ilə bizim ilə danışıq aparırdı. O, hazırda həbsdədir, gizlin saxlanılır ki, əsas cinayətkar görünməsin, ondan bir şey öyrənmək olmasın. Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat bir mərkəzdən idarə olunur. Mənim üstümə gələn müxtəlif kriminal qruplaşmaların olmasına, birinin digərini əvəz etməsinə baxmayaraq məqsədləri elə qatıb-qatışdırmaqla əsas mütəşəkkil cinayətkar təşkilatı gizlətməkdir. Maraqlı odur ki, Telman öz missiyasını bitirib kriminal dövriyyədən çıxdıqdan sonra onu Azərbaycanda adam oğurluğu ilə məşğul olan digər qruplaşmalar əvəz edirdi. Belə ki, Ramiz Zeynalov - “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov, Qorbaçov(Mirsahib), Nüşabə-Şəmistan, Əli Zəngilanski, Akif Çovdarov-Qulu Cəfərov, Hilal Əsədov-Sənan İbrahimov, deputat Gülər Əhmədova-Ramiz Mehdiyev kriminal qruplaşması biri digərini əvəz edibdir. Bu kriminal qruplaşmaların təhlükəliliyi dövlətin gücündən sui-istifadə edərək vahid mərkəzdən idarə olunması ilə bağlıdır”.

“ZAHİD DÜNYAMALIYEV DEDİ Kİ, TELMANA İNANMAQ LAZIMDIR”


E.Abdullayevin yazdığına görə, həbsdə olan iş adamı Arzu Kazımov və Mahirin istintaq-təhqiqat işini aparan DİN-in l müavini general-mayor Zahid Dünyamalıyev ondan Mahirin geri qaytarılması üçün lazım olan pulu aldıqdan sonra Telman Muradovun dövriyyəyə buraxılması oyundan kənar qalmaq məqsədi daşıyırdı: “Mən Zahid Dünyamalıyevdən soruşdum ki, Telmana inana bilərəmmi? Zahid Dünyamalıyev DİN-də iş otağında mənə cavab verdi ki, Telmana inanmaq lazımdır və qalın iri rəqəmlərlə Telmanın mənə məlum olmayan telefonunu yazıb oturduğu yerdə mənə göstərdi və Telmanın telefon nömrəsini yazdım. DİN-dən çıxan kimi həmin mobil telefona zəng edib Telman ilə “Qurd Qapısı” restoranında görüşdük. Belə başa düşdüm ki, Mahiri Rusiyanın (Dağıstan Respublikasının) əli ilə qaytarmaq istəyirlər, Zahid Dünyamalıyevin təkidi ilə Telman ilə müntəzəm danışıqlar apardıq”.

TELMAN MURADOV: “MƏN SİZİN YANINIZA BİR “LOMON”LA GƏLƏCƏYƏM”

E.Abdullayev həmçinin qeyd edib ki, özünü Teymur Mehdiyevin adamı kimi təqdim edən DİN İctimai Təhlükəsizlik İdarəsinin polkovniki Telman Muradov Azərbaycan Beynəlxalq Universitetində, onun iş otağımda, onun iş telefon nömrəsi ilə Dağıstan Respublikası daxili işlər nazirinin l müavini Vladimir İvanoviç Çertov ilə rus dilində danışaraq Mahirin geri qaytarılmasının razılığını aldı: “Ona bildirdi ki, Mahirin qardaşının yanındayam, razılığını almışam. Mən sizin yanınıza lomon ilə (1 milyon dollar) ilə gələcəyəm. Klyanus boqa, boq odin ...!!! ( Allah haqqı, Allah birdir...). O, Dağıstan Respublikasının Daxili İşlər Naziri Adıgey ilə danışıb onun da razılığını alıbdır. Sonrakı videolarda Telman Muradovun dediyinə görə, Dağıstan Respublikasının Daxili İşlər Naziri Adıgeyin bacısının əri azərbaycanlıdır, adı da Mövlanverdidir, əslən Füzulu rayonundandır, Azərbaycanda axtarışdadır, bunu hamı da bilir, gedib sığınıb Adıgeyə. (P.S. Növbəti videolarda DR DİN naziri Adgeyin yeznəsi Movlanverdi haqqında ayrıca gizli video-görüntü ictimailəşəcək. Telmanın dediyinə görə, sonralar DR daxili işlər naziri Adıgeyi iş otağında avtomatla qətlə yetirdilər)”.

“MAHİRİ DAĞISTANDA KRİMİNAL SAXLAYIR”

Sözügedən videoda isə T.Muradov bildirir ki, Dağıstanda hər şey həll olunub: “Atamın-anamın ruhu, Mahirin məsələsi həll olunubdur, Allah haqqı sabah mən sərhəddə olacağam. Dağıstanın Daxili İşlər Nazirinin l müavini Vladimir İvanoviç Çertov Moskvanın adamıdır. Əsas odur, nazir də ona tabedir. Biri var Certov hökümət adamı, biri də var kriminal. Mahiri kriminal Şərafəttinin əli ilə saxlayırlar. (“P.S. Şərafəddin Arzu Kazımovun oğlunun dediyinə görə, kriminaldır, heç bir məhdudiyyəti yoxdur, çeçen müharibəsini aparır, çox təhlükəli adamdır. İki qardaşdır, meymuna oxşadıqlarına görə, onlara Kinqo və Manqo qardaşları deyirlər. Həmin ərəfələrdə Moskva KİV-ləri məlumat verdi ki, bu gün Moskva şəhərinin Qorki küçəsində kriminallar tərəfindən tank vuran silahdan CİP avtomobilinə açılan atəş nəticəsində Şərafəddin qətlə yetirilibdir və cibindən RF Federal Kəşfiyyat İdarəsinin polkovnik vəsiqəsi çıxıb. Hazırda Kinqo Əhmədlidə məskunlaşıb”. Bu qeyd E.Abdullayev tərəfindən yazılıb-S.T).

“MAHİRƏ GÖRƏ BİZDƏN BİR XARİCİ MAŞIN İSTƏDİ”

Videoda daha sonra T.Muradov E.Abdullayevə bildirir ki, “Quran haqqı, biz Mahirin işini Çertovun əli ilə həll edəcəyik. Mən gedirəm sərhəddə. Mahir gəlməsə, Allah haqqı bığımı qırxaram, adımı dəyişərəm. Sabah saat 8-ə Mahiri verəcəyik sənə, işi Çertovun əli ilə həll edəcəyik. Elşad müəllim, bu ölsün (əlini üzünə aparır) Mahiri Çertov verəcək. Vallah, sabah saat 4-də Dağıstan sərhədinə çıxmalıyıq, maşınlar da hazırdır, hazırıq, sabah Mahir ilə görüşəcəyik”.
T.Muradov həmçinin bildirir ki, hətta Çertov da “Allah birdir, göydən Allah baxır, Mahiri qaytarmaq lazımdır” deyib. E.Abdullayev isə müraciətində xatırladıb ki, Mahir və Certov ilə danışmaq üçün iki yeni mobil telefon alıb: “Mobil telefonun biri Telmanda (050 625 65 79), biri də məndə (050 627 65 23) qaldı. Telman bildirdi ki, “Certov Sizinlə bu telefon ilə, rus dilində danışacaqdır. İcazə verərsiniz Mahir də sizin ilə danışsın. Onda Mahirin uşaqlıq “kliçka”sını soruşarsınız, onda siz arxayın olacaqsınız”. Bu zaman, Telman Muradovun mobil telefon nömrəsinə Nazim adlı şəxs zəng edir (MEA-in akademiki Nadirovun qohumu Nazim Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində Hilal Əsədovun işçisi olub). Telman Nazimə saat 6-ya görüş təyin edərək bildirdi ki, saat 8-11-də Dağıstandayıq, gecə 12-də qayıdarıq. Telman xəbərdarlıq etdi ki, bu işdən hec kimin xəbəri olmasın, şahid olmasın. O, xidmətlərinin əvəzində bizdən xarici marka maşın tələb etdi”.

Video çəkiliş zamanı T.Muradovun mobil telefonuna Dağıstan Respublikasının l müavini V.İ.Çertov zəng edib: “Onunla Mahirin geri qaytarılması anlaşdıqdan sonra , mənə bildirdi ki, “Certov düz adamdır. Certov dedi ki, 19: 00-da zəng edəcəyəm, həmin vaxta da zəng etdi, kişi adamdır. Sonra dedi ki, Elşad müəllim, saat 4-dür, gedim bir iki saat dincəlim. Onlara nə lazımdırsa Mahirə deyəcəklər, o da sənə deyəcək. Elşad müəllim, yəqin 1 limon (bir milyon dollar) istəyəcəklər... Elşad müəllim, keçən dəfə Mahaçkaladan gəldikdən sonra gərək onda məsələni həll edəydi. Elə bilirsiniz 9 ay adamı saxlamaq olur?” – deyə E.Abdullayev müraciətində əlavə edir.
T.Muradov video görüntülərdə bildirir ki, Mahirin işi qurtardıqdan sonra DİN sizdən yenidən bir limon (bir milyon) istəyəcək. Bu zaman kim isə T.Muradovun mobil telefonuna zəng edir. E.Abdullayev isə müraciətində qeyd edir ki, T.Muradova M.Abdullayev ilə danışmaq üçün 050 625 65 79 rəqəmli mobil telefonunu verib: “Məndə olan yeni mobil telefonun nömrəsini - 050 627 65 23-ü də Telmana verdim. Mahir və Dağıstan Respublikası DİN –in birinci müavini Vladimir İvanoviç mənim heç kimin bilmədiyi, onlara verdiyim telefon nömrəsindən mənim yeni telefon nömrəmə zəng etməli idilər”...
Ancaq müraciətdən belə aydın olur ki, ona zəng gəlməyib.
Müraciət elə bu cür də tamamlanır.