BolgeXeber.Com » BÖLGƏ TV » San-Fransiskoda “Boeing-777” qəzasında 2 nəfər ölüb -VİDEO-Foto-Yenilənib

San-Fransiskoda “Boeing-777” qəzasında 2 nəfər ölüb -VİDEO-Foto-Yenilənib

7-07-2013, 09:30
Oxunub: 6 304 “Astana Airlines” şirkətinə məxsus təyyarədə qəza nəticəsində 181 nəfərin xəsarət alıb
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko aeroportunda “Boeing 777” tipli təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 181-ə çatıb. Bu barədə canlı efirdə yayımlanan mətbuat konfransında aeroportun rəsmi nümayəndələri deyib.

Açıqlamaya əsasən, 181 nəfər xəstəxanalara aparılıb, onlardan 49-un vəziyyəti ağırdır. Sərnişinlərdən daha 123 nəfəri terminalda qeydə alınıb. İki nəfərin ölməsi barədə xəbər rəsmi təsdiqlənib.

Beləliklə, bir nəfərin taleyi naməlum olaraq qalmaqdadır. Bundan əvvəl San-Fransisko aeroportunun yanğından mühafizə xidmətinin rəisi Coan Xeys-Uayt 60 nəfərin itkin düşdüyünü bildirmişdi.


04:24

Cənubi Koreyanın “Astana Airlines” aviaşirkətinə məxsus Seul-San-Fransisko reysi ilə uçan “Boeing-777” tipli təyyarənin qəzaya uğraması ilə bağlı yeni məlumatlar gəlməkdə davam edir. Qəza nəticəsində iki nəfər ölüb, yaralıların sayı 103 nəfərə çatıb.

Bu barədə meqopolisin yanğınsöndürmə xidmətindən məlumat verilib. İlkin məlumata görə, yaralıların vəziyyəti o qədər də ağır deyil və onlara həyatı təhlükə törətmir.

Bununla belə 10 nəfər sərnişinin vəziyyəti olduqca ağırdır. 40 sərnişin xəstəxanalara yerləşdirilib. Kaliforniya ştatının rəhbərliyi bunun terror olması faktını birmənalı olaraq inkar edib.

Təyyarənin göyərtəsində ABŞ, Çİn, Cənubi Koreya və Yaponiya vətəndaşları olub. Artıq ABŞ-ın Federal Aviasiya İdarəsi faktla bağlı araşdırmalara başlayıb.

01:58

Seul-San-Fransisko relsi ilə uçan “Boeing-777” tipli təyyarənin eniş zamanı qəzaya uğraması nəticəsində iki nəfər ölüb. bu Bu arədə “KTVU” telekanalı aeroport rəsmilərinə istinadən məlumat yayıb.

Qəza nəticəsində 20 nəfərin xəsarət aldığı bildirilir. Onlar artıq xəstəxanaya yerləşdirilirlər.

San Fransisko beynəlxalq aeroportu isə qəza ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.


01:32

ABŞ-ın San-Fransisko ştatında eniş zamanı qəzaya uğrayan “Boeing-777” təyyarəsi haqqında yeni məlumatlar daxil olub., Hazırda təyyarənin göyərtəsindən sərnişinlərin təxliyyəsi aparılır.

Aeroport əməkdaşlarının sözlərinə görə, təyyarə eniş zamanı yanı üstə yerə düşüb. Xeyli sayda yaralılar var, ölənlər haqqında məlumat yoxdur.

Sərnişinlər hava trapı ilə təyyarədən çıxarılır. İlkin məlumata görə, təyyarənin göyərtəsində 291 nəfər olub.

Qeyd edək ki, qəzaya görə San Fransisko aeroportu tam olaraq fəaliyyətini dayandırıb.

00:52

ABŞ-ın San-Fransisko şəhərinin aeroportunda eniş zamanı qəzaya uğrayan təyyarə haqqında ilkin məlumatlar yayılıb. Təyyarənin qəzaya uğramasından sonra böyük bir yanğın baş verib. Hazırda təyyarədə yanğın davam edir.

Qeyd edək ki, qəzaya uğrayan “Boeing-777” təyyarəsi 214 saylı Seul-San-Fransisko reysi ilə uçurmuş. Ekspertlərin fikrincə, “Boeing-777” tipli təyyarələrə ekipaj üzvləri ilə bərabər 400 sərnişin yerləşir.

İlkin ehtimallara görə, bu reyslə hərəkət edən təyyarələr məhz 400 nəfər sərnişin daşıyır. Ancaq bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Məlumata görə, qəzanın baş verdiyi yerə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları gəlib.

00:39

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərinin beynəlxalq hava limanında “Voeing-777” təyyarəsi qəzaya uğrayıb. “Astana Airlines” şirkətinə məxsus təyyarə eniş zamanı qəza törədib.

Qəza məticəsində neçə nəfərin xəsarət aldığı haqqında hələlik dəqiq məlumat yoxdur. Təyyarənin göyərtəsində olan sərnişinlərin sayı və təyyarənin hansı relslə uçduğu dəqiqləşdirilir.

İlkin məlumatlara görə, təyyarə Seul-San-Fransisko relsi ilə uçurmuş.
anspress