Nabrandakı faciə yerindən görüntülər- Video
25-07-2013, 16:50
Oxunub: 7 148
İki yaşlı uşağın ayağının kəsilməsinə səbəb olan faciə ilə bağlı həbs olunan yoxdur
İyulun 21-də Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village”də baş verən faciədən sonra ilk dəfə sözügedən istirahət mərkəzinin video kadrları yayılıb. Bolgexeber.com xəbər verir ki, bütün ölkədə əsas müzakirə mövzusuna çevrilən dəhşətli hadisədən sonra istirahət mərkəzinin lisenziyası ləğv edilsə də, hələ ki, iki yaşlı uşağın ayağının kəsilməsinə səbəb olan faciə ilə bağlı həbs olunan yoxdur.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanan cinayət işi üzrə saxlanılan olub-olmadığı haqda heç bir məlumat verilmir.
Zərərçəkən 2 yaşlı İmranın bütün xərclərini ölkə prezidenti İlham Əliyev tərəfindən qarşılanıb. Onun Almaniyada müalicə olunacağı gözlənilir.
Bütün ölkəni şoka salan bu hadisədən sonra istirahət mərkəzləri ilə bağlı mövzu ciddi müzakirə olunur. Demək olar ki, son üç gündə bütün sosial şəbəkələrdə və mediada bu mövzudan danışılır. İstirahət mərkəzlərinə qarşı tələblərin sərtləşdirilməsi təklif edilir.
Məsələ ilə bağlı qafqazinfo-ya açıqlama verən “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev turizmçilikdən öncə bir vətəndaş kimi Nabranda baş verən hadisənin ona çox pis təsir etdiyini deyib: "Heç bir vaildeynin bu cür hadisə ilə üzləşməsini istəməzdik.Hər bir valideyn uşağı istər hovuzda, istərsə də dənizdə çimərkən onun yanında olmalı və nəzarətsiz buraxmamalıdır. Bu tip haidəsələr hər gün baş vermir, amma hovuzda qoruyucunun olmaması böyük nöqsandır. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri yay mövsümündə monitorinqlər keçirir. Qanunsuz, lisenziyasız işləyən turizm şirkətlərini “qara siyahı”ya salır. Əhalini bu sahədə maarrifləndirməyə ehtiyac var. Nəinki hovuzdakı nasosların işlək olmasına, ümumiyyətlə ərazinin təhlükəsizliyinə nəzarət edilməlidir. Turizm obyektlərinə qeydiyyatdan keçməyən insanların daxil olmasına icazə vermək olmaz. Texniki sazlığı mütəmadi yoxlamaq, gigiyenik qaydalara əməl olunmasına fikir vermək lazımdır. Elə turizm mərkəzləri var ki, lisenziyasız fəaliyyət göstərir, bu da iki qat cinayətdir".
Xatırladaq ki, istirahət mərkəzi sabiq millət vəkili, tanınmış iş adamı Nizami İsgəndərova məxsusdur. Lakin onun “Nabran Holiday Village”i icarəyə verdiyi və ərazinin başqa şəxslər tərəfindən idarə olunduğu bildirilir.
Bu arada faciənin baş verdiyi istirahət mərkəzindən video görüntülər yayılıb. Azadliq Radiosunun hazırladığı video-reportajı təqdim edirik:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər