Elşad Abdullayevin yeni videosunda yeni adlar
27-07-2013, 09:35
Oxunub: 6 162
“6 aydır niyə Mahirin kasetini gətirmirsiz?”
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi “Azadlıq.TV”-yə yeni videolent təqdim edib. Videolentdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, İsmayıl Abdullayevlə özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Natiq Babaşovun söhbəti öz əksini tapıb.
Elşad Abdullayevlə İsa Nəcəfovu görüşdürmək vədi
E.Abdullayev N. Babaşovdan təkidlə xahiş edir ki, qardaşı Mahir Abdullayevin işi ilə bağlı Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovla görüşünü təşkil etsin. N. Babaşov da öz növbəsində görüşü təşkil edəcəyi barədə vəd verir. Danışıqlar gedən zaman otağa E. Abdullayevin qardaşı İsmayıl Abdullayev daxil olur. İ. Abdullayev öncə N. Babaşovdan harada işlədiyini soruşur və xidməti vəsiqəsini tələb edir. N. Babaşov inadla harada işlədiyini söyləməkdən imtina edir. İ. Abdullayev isə əsəbi şəkildə bildirir ki, qardaşı Mahirin geri qaytarılması üçün hər şey ediblər: “Pul istəyiblər, vermişik. Dövlət orqanlarına müraciət etmişik. Hər şey etmişik. İnsanlarla belə rəftar etmək olmaz”. Daha sonra N. Babaşov İsa Nəcəfovun katibəsinə zəng edərək görüş istəyir. N. Babaşov Mirsahib Məcidov (qeyd edək ki, M.Məcidov barədə bir necə videolent yayımlanıb. M. Məcidov M. Abdullayevin qaytarılmasında vasitəçilik missiyasını üzərinə götürmüşdü. O, M. Abdullayevin oğurlamasında və geri qaytarılmasında iştirak edən şəxslərin - MTN-nin zabiti Akif Covdarovun, M. Abdullayevin tələbə yoldaşı Qulu Cəfərovun, kriminal aləmdə tanınan şəkili Eldar, Mirbaba, Şahin, Yasin (hazırda həbsdədir) və başqa şəxslərin adını çəkib) barədə danışır və qeyd edir ki, Mirsahib Məcidov dələduzdur və onu cəzalandıracaq. Söhbətin sonunda qərara gəlinir ki, N. Babaşov E. Abdullayevlə İsa Nəcəfovun görüşünü təşkil edəcək.
Komitədən “Azadlıq.TV”-yə verilən məlumata görə, E. Abdullayev və qardaşları İ. Nəcəfovla görüşməyə səy göstərməyib. Prezidentin mühafizə xidmətinin əməkdaşı N. Babaşov Abdullayevlərə İ. Nəcəfovla görüşməyi məsləhət görüb. N. Babaşov qeyd edib ki, İ. Nəcəfov hər şeydən xəbərdardır və M. Abdullayevin qaytarılmasını təmin edə bilər.
Amma İ.Abdullayev söhbət zamanı vasitəçi şəxsə inamsızlığını nümayiş etdirir və ondan M.Abdullayevin sağ olması, içində onun görüntüləri olan videonu istəyir. E.Abdullayev müdaxilə edərək vasitəçilərə istinadən ona içində Mahirin görüntüsü olan videonun mövcudluğunu bildirir. Qardaşı isə bildirir ki, ona konkret sübutlar lazımdır. “Bu dəqiqə sözlə sənə bütün Bakını alım. Mənim konkret sübutlara ehtiyacım var. Ortada ancaq söz-söhbət var. Bir də yaxşı pul almaqları var. Elə hey deyirlər ki, gətir pulu ver. Pul var e, sən Mahiri gətir, biz o pulu sənin qapına qədər gətirib verəcəyik”.
“6 aydır niyə Mahirin kasetini gətirmirsiz?”
İ.Abdullayev vasitəçiyə müraciət edərək, onları aldadanları təhdid edir: “Ziyalıya qarşı ziyalıyıq, kişiyə qarşı kişiyik, əclafa qarşı da yeri gələndə əclafıq. İndi bütün dükanlarda silah satılır. Pulunu ver, al. Heç kim də heç kimdən qorxmur. Amma belə söhbət, qalmaqal kimə lazımdır?”
İ.Abdullayev: Qardaş, bir şey soruşum, xətrinə dəyməsin. Sən haranın işçisisən? Vəsiqən var? Göstər. Mən də vəsiqəmi göstərim, sən də.
N.Babaşov: İsmayıl müəllim, xahiş edirəm, bu barədə danışmayaq da.
İ.Abdullayev: İndi bunu soruşuram, sabah başqa şey soruşacam. Düşünmə ki, biz qorxub geri çəkiləcəyik. Sabah nəsə baş versə, bu işdə adı olan hər kəsin başı getməlidir. 6 aydır niyə bir kaseti gətirib verməmisiz? Niyə?! Gətirəydiz, biz də qardaşımıza baxaydıq da...
Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə N. Babaşov və M. Məcidov barəsində qaldırılmış cinayət işinə baxılır. Hər iki şəxs azadlıqdadır. 23 iyul 2013-cü il tarixli məhkəmə prosesində N. Babaşov İ. Abdullayevi tanımadığı və onunla görüşmədiyi barədə izahat verib.
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi bəyan edir ki, N. Babaşov və M.Məcidovla bağlı videolentlər məhkəməyə təqdim ediləcək. Komitə hesab edir ki, ciddi maddi sübutlar hesab olunan videolentlər ədalətli məhkəmə qərarının çıxarılmasına yardım edəcək.
Qeyd edək ki, videolent komitəyə E. Abdullayev tərəfindən göndərilib.
ABU məzunlarına şad xəbər
Təhsil Nazirliyi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sonrakı taleyi ilə bağlı məsələyə aydınlıq gətirib. Təhsil Nazirliyinin facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, 2010-cu ildə Azərbaycan Beynəlxalq universitetinin (ABU) fəaliyyəti dayandırıldıqdan sonra Universitetin sabiq rəhbərliyi tərəfindən yalnız tələbələrin qəbul əmrləri, diplom vermə kitabları və yazılmış, lakin sahiblərinə verilməmiş diplomlar nazirliyə təhvil verilib: “Digər sənədlərin sayı və həcmi çox olduğundan və onların Təhsil Nazirliyinin arxivində yerləşdirilməsi mümkün olmadığı üçün universitetin arxivində saxlanılıb. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zərurəti ilə bağlı ABU-nun binasında saxlanılan bütün sənədlər idarənin əməkdaşları tərəfindən götürülüb. Hazırda həmin sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müəyyən etdiyi yerdə saxlanılır”.
Qeyd olunub ki, son altı ay ərzində ABU-nun məzun və tələbələri tərəfindən universitetin arxivində saxlanılan attestat və digər sənədlərin geri qaytarılması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin sənədlərin sahiblərinə verilməsi məsələsinə köməklik göstərmək üçün Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət olunub: “Artıq sənədlərin sistemləşdirilməsinə başlanılıb. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin razılığı ilə müraciətləri əsasında təhsil sənədləri aşkar olunan şəxslər dəvət olunacaq və surəti şəxsi işlərində saxlanılmaqla onların təhsil sənədlərinin əsli özlərinə qaytarılacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər