BolgeXeber.Com » BÖLGƏ TV » "Qarabağ" "Gefle"ni məğlub etdi- VİDEO

"Qarabağ" "Gefle"ni məğlub etdi- VİDEO

2-08-2013, 10:20
Oxunub: 6 001 Ağdam təmsilçisi cavab görüşü ərəfəsində üstünlük qazanıb
Dünən Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ” "Gefle"ni məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan möhtəşəm qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. Azarkeşlər 90 dəqiqə boyu sevimli komandalarına dəstək olublar. Eyni zamanda "Qarabağ"dan bu dəstəkdən ilhamlanaraq oyunun son dəqiqələrində hesabı açıb.
Bir neçə dəfə real qol vəziyyətindən yararlana bilməyən komandamız , nəhayət, istəyinə 89-cu dəqiqədə nail olub. Belə ki, Reynaldo hesabı açmaqla bütün azarkeşlərə sevinc bəxş edib. Beləliklə, oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
“Xatırladaq ki, “Qarabağ” bundan öncə Makedoniyanın “Metallurg” (hər iki oyunda 1:0) və Polşanın “Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.

“Qarabağ”la “Gefle” arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.

Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 18. İlqar Qurbanov, 70. Marinaldo da Silva, 6. Hacı Əhmədov, 88. İlrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov

Gefle: 1. Mattias Huqosson (k), 2. Olof Mard, 4. Anders Vikström, 6. Par Asp, 14. Yens Portin, 16. David Fallman, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 10. Yakob Orlov, 15. Mikael Dahlberq
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 3. Yonas Olsson, 11. Sive Pekezela, 5. Zakariya Abdullay, 25. Yoahim Adukor, 9. Yohan Oremo, 20. Emil Bellander
Baş məşqçi: Per Olsoon
Bolgexeber.com