BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyədə “Ergenekon” qərarına etiraz dalğası böyüyür - Video

Türkiyədə “Ergenekon” qərarına etiraz dalğası böyüyür - Video

6-08-2013, 14:55
Oxunub: 6 070 “Silivri türk milləti ilə hesablaşacaq” şüarları ilə yürüş edən fəallar hökumətin istefasını tələb edib.
Aksiyada mətbuat bəyannaməsı səsləndirən İşçi Partiyası nümayəndəsi Həsən Başsöz məhkəmənin verdiyi qərarın əvvəlcədən gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, bununla belə, qərarlar heç də uzun müddət qüvvədə qalmayacaq: “İlkər Başbuğa, Mustafa Balbaya, Məhməd Xəbərala, İsmayıl haqqı Pekinə, general Xurşid Talona ömürlük həbs cəzası veriblər. Xoş halımıza. Bunların heç bir mənası yoxdur. Bu cəzalar bizim İstiqlal medallarımızdır. Bizə cəza verməsə idilər məyus olardıq. Bu gün türk millətinə, Atatürk Cumhuriyyətinə, vətənimizin bötüvlüyünə, millətimizin birliyinə, milli ordumuza qarşı hiyləgirliklə irəli sürülən saxta iddiların sonu idi”.
Aksiya daha sonra Yoğurtçu parkına doğru yürüş ilə davam edib. Lakin qrup daxilində ara-sıra gərginlik və qarşıdurmalar yaşanıb. Aksiya polisin xəbərdarlıqları ilə dinc şəkildə sona çatıb.
Bolgexeber.com