Polis Ağdaşda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO
12-10-2022, 10:56
Oxunub: 66 088
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində fərdi yaşayış evindən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər tutularaq istintaqa cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq etdiyi üçün elektron qolbaqla təchiz olunan Səddam Mahmudov saxlanılıb, onunla əlbir olan digərinin isə şəxsiyyəti müəyyən edilib. Oğurladığı qızıllar S.Mahmudovdan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı isə daha 4 nəfər-Namiq Əzizov, Qəzənfər Əhmədov, Tural Muradov və Rahim Musayev saxlanılıb. Onlardan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər