BolgeXeber.Com » BÖLGƏ TV » 13 yaşlı qızın iki ay əvvəl dünyaya gətirdiyi körpə uşaq evinə yerləşdirildi - AÇIQLAMA
13 yaşlı qızın iki ay əvvəl dünyaya gətirdiyi körpə uşaq evinə yerləşdirildi - AÇIQLAMA
18-11-2022, 17:30
Oxunub: 65 392
Bakıda təxminən iki ay öncə, sentyabrın 6-da ana olan 13 yaşlı qızın körpəsi xəstəxanadan çıxarılaraq uşaq evinə yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.
O, prosesin niyə ləngidiyini açıqlayıb:
"Sentyabrın 6-da dünyaya gələn uşaq oğlandır. Körpə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna aparılıb. Lakin onun doğum haqqında şəhadətnaməsi və digər sənədləri qaydasında olmadığından körpələr evinə köçürülməsi prosesi ləngiyib.
Biz aidiyyəti qurumlarla birlikdə körpənin doğum haqqında şəhadətnaməsini düzəldib, noyabrın 1-də instituta təqdim etdik. Bundan sonra aidiyyəti qurumlar arasında danışıqlar aparılıb. Nəticədə 13 yaşlı qızın dünyaya gətirdiyi körpə noyabrın 16-da Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə yerləşdirilib.
13 yaşlı ana övladından imtina etməyib. Ana "Azərbaycan Uşaqlar Birliyi”ndədir. O, yetkinlik yaşına çatana qədər körpəsinin dövlət himayəsində qalmasını istəyib, körpə isə üç yaşına çatana qədər uşaq evində qalacaq. Psixoloqlarımız onunla söhbət aparırlar. Danışıqlar zamanı məlum olan budur ki, o, övladını atmaq fikrində deyil. Hazırda onun yaşıdlarından geri qalmaması üçün bütün zəruri addımlar atılıb. 13 yaşlı ana məktəblərdən birində təhsilini davam etdirir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər