”Yadındamı,ötən günlər?...” mahnısı Yaroslav Semyonovun ifasında-Video
24-10-2013, 22:55
Oxunub: 5 180
Ola bilsin ki, Yaraslav oxuculara bizim mətbuatda onun haqqında gedən yazılardan tanışdır.Xatırladaq ki,həmin ildən Azərbaycanda olmayan Yaraslav bu ilin iyul ayında vaxtı ilə yaşadığı Sumqayıta qonaq gəlmişdir.Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 58 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda doğulub,gənclik illərini Sumqayıtda şəhərində keçirib.Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən,Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı” sayan Yaroslav Semyonov doğulduğu Sumqayıta 10-a yaxın mahnı da bəstələyib.Bundan başqa o Rusiyada Azərbaycan mədəniyyətini,musiqisini uğurla təbliğ edir.
Bu yaxınlarda isə yarıazərbaycanlı Yaroslav Semyonov Oqtay Ağayevin ifasında eşitdiyimiz sevilən ”Yadındamı,ötən günlər?...” retro mahnısını ifa edib və 1999-ci ildə Sumqayıta 1 günlüyə gəldiyi zaman öz kamerası ilə çəkdiyi videogörüntülərdən istifadə edərək klip hazırlayıb.Əlbəttə bu nostalji mahnını unudulmaz müğənnimiz Oqtay Ağayev kimi oxumaq çox çətindir,ancaq etiraf etmək lazımdır ki, həvəskar müğənni-bəstəkar olan Yaroslav Semyonovun ifasında indi çoxları üçün şirin gənclik xatirələrini yada salan məşhur mahnı heç də pis səslənmir,ən əsası isə klip köhnə Sumqayıtı yada salır. Bolgexeber.com həmin klipi təqdim edir:
İmran Kərimli
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər