BolgeXeber.Com » BÖLGƏ TV » Cəmil Həsənli xalqa müraciət etdi (VİDEO)

Cəmil Həsənli xalqa müraciət etdi (VİDEO)

26-10-2013, 19:45
Oxunub: 5 431 “Mən sizi qələbə yürüşünə dəvət edirəm. Gəlin, haqqımızı birlikdə qoruyaq və qələbəyə birlikdə yetişək”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli xalqa müraciət edib. Musavat.com-un məlumatına görə, Milli Şuranın vahid namizədi videomüraciətində bildirir ki, həm Azərbaycan xalqının, həm də dünya ictimaiyyətinin 9 oktyabr seçkilərinə münasibəti birmənalı olmayıb. Onun sözlərinə görə, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar və ölkələr Azərbaycandakı seçkilərin nəticələrini tanımayıblar. Cəmil Həsənli müraciətində hamını oktyabrın 27-də saat 16.00-da “Məhsul” stadionunda keçiriləcək mitinqə çağırıb: “Mən sizi qələbə yürüşünə dəvət edirəm. Gəlin, haqqımızı birlikdə qoruyaq və qələbəyə birlikdə yetişək”.

Müraciətin videosunu təqdim edirik: