Tovuzda Dövlət Komitəsinin işçisini torpaq üstündə döydülər-video
18-11-2013, 11:20
Oxunub: 4 936
Fatma Məmmədova: "İcra başçının sözü qanundur, kəsdiyi başın sorğu-sualı yoxdur. Mənim vəzifəsindən sui-istifadə edib, kasıbın axrıncı çörəyini, balalarımın torpağını əlindən alan başçıya gücüm çatmaz"
Tovuz rayon Dondar Quşçu kənd sakini Fatma Ələsgər qızı Məmmədova üzləşdiyi problemlə bağlı faktxəbər-ə şikayət məktubu göndərib. O bildirir ki, kənd bələdiyyəsi uzun müddətdir onu başına olmazın oyununu açır, haqqı olan sənədi vermir. Şikayət məktubunda deyilir:
"Mən 2009-cu ildə Tovuz rayon Dondar Quşçu bələdiyyəsindən torpaq aldım. Əlimdə "katastr"ım olduğu halda, bu günə qədər torpağımda ev tikə bilmirəm. Bələdiyyəyə, icra başçısına, Daşınmaz Əmlak Komitəsinə təkrar-təkrar müracət etməyimə baxmayaraq, hüquqlarımı qoruyan yoxdur. Daşınmaz Əmlak Komitəsi "katastr"ımı alıb, əvəzində torpaq haqqında sənəd verməli idi. Ancaq onların göndərdiyi işçini Mahir Cəfərovun bacısı və arvadı üz-gözünü cırıq-cırıq etdilər. Mahir özü də protezini adamın başına çırpdı. Mahir Qarabağ müharibə veteranı əlilidir. Erməninin ərazisində şalban oğurlayanda minaya düşür və müharibə veteranı adı alır. Mən şəxsən özüm şahidi olmuşam. Sabaha qədər onun qapısından şalbanı daşıdılar ki, Mahirin şalban oğurladığını bilməsinlər. Kiçik kənddi bura, kim kimdir hamı bilir. Hətta daşınmaz əmlakdan gələn adam da dedi ki, "ə, şalban oğrusu, müharibə veteranı, hökümət sənə ev, maşın, torpaq verib, daha nə istəyirsən?"
Daşınmaz əmlakda isə hüquqşünas Famil, Akif Məmmədov və bələdiyyənin sədri Hicran mənə dedilər ki, get ver məhkəməyə. Ancaq onlar mənim ağzımı daşlığa salmaqdansa, gedib polisdən onların qorumasını təmin edilməsini istəməliydilər. Beləliklə, mən savadsız qadını ələ saldılar. Axı "katastr" hüquqi sənəd deyil. Onu məhkəmədə ləğv etmək olmaz. Ancaq daşınmaz əmlakın sənədi ilə məhkəməyə müraciət edə bilərdim.
Hüquqşünas Familin işini bilməməsi bir tərəfə qalsın, üstəlik mənim adımdan iddia ərizəsi də yazdı. Mənə də qol çəkdirdi. Mən bu günə qədər latın əlifbası ilə yazıb oxuya bilmirəm. Məhkəmədə sənədlərə baxanda görmək olar. Qalan sənədləri də bələdiyyənin sədri Hicran hazırladı.
Tovuz rayon məhkəməsində də işə baxıldı. Əraziyə gələn Könül Məmmədov Mahirin də sənədinə baxıb dedi ki, "a Mahir, bura sənin ərazin deyil ki. Bundan nə istəyirsən?" Lakin buna baxmayaraq, məhkəmədə işi Mahir Cəfərovun xeyrinə həll etdilər.
Mən 2013-cü il noyabrın 1-i təkrar icra başçısı Tofiq Zeyanalovun qəbulunda oldum. Tofiq Zeyanlov dedi ki, gedin Daşınmaz Əmlak Komitəsinə, orada ərizənizi verin torpaq haqqında sənədinizi alın. Mən DƏK-də rəis Eldəniz müəllimin yanında oldum. O, sənədimizi qəbul etmədi. Dedi ki, gedin məhkəmənin qərarını ləğv etdirin, sonra. Eldəniz müəlim Hüquqşünas Famili və Akif Məmmədovu da çağırtdırdı. Akif də dedi ki, "ay Famil, bütün bu işçiləri edən icra başçısı deyilmi. O məhkəməyə zəng vurub demədi ki, işi əlilin xeyrinə həll edin? İndi bizdən nə istəyir." Bacısı məhkəmə günü gedib onun otağında nə deyib bilmirəm, Allah bilir nə qaranlıq işləri var idi ki, Mahirin tərəfini saxladı. Yoxsa bir belədə gözgörəsi haqsızlıq olar? Mahirin sənədi var? Məhkəmədə mənə vəkil verməli idilər. Vəkilim olmadan məhkəmə aparıldı.
Məhkəmədə mənə vəkil verməli idilər. Vəkilim olmadan məhkəmə aparıldı. Ali məhkəməyə müraciət etdim. Burada bələdiyyənin sədri Hicran dedi ki, "Fatma, nahaq gedirsən, başçı zəng elətdirib uduzacaqsan. Tovuz rayon məhkəməsinin qərarı olduğu kimi qalacaq."
Həqiqətən də elə oldu. Mənim tutduğum vəkil də gəlmədi. Dedi ki, Tovuzdan zəng gəlib, bu iş Mahirin xeyrinə həll olmalıdır.
Mən tək qadınam. Başçının sözü qanundur. Kəsdiyi başın sorğu-sualı yoxdur. Mən vəzifəsindən sui-istifadə edib, kasıbın axrıncı çörəyini, balalarımın torpağını əlindən alan başçıya gücüm çatmaz.
Mənim ümidim göydə Allaha yerdə Sizədir. 4 ildir ki, mənə zülm edirlər.
Bolgecxeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər