BolgeXeber.Com » BÖLGƏ TV » “ İynə” satirik jurnalının baş redaktorunun həbsi ilə bağlı mətbuat konfransı keçirilib

“ İynə” satirik jurnalının baş redaktorunun həbsi ilə bağlı mətbuat konfransı keçirilib

15-01-2014, 18:05
Oxunub: 7 313 Bolgexeber.com bildirir ki, bu gün RATİ - də, “ İynə” satirik jurnalının baş redaktoru Baloğlan Mirzəlinin qondarma iddihamlarla həbsi ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Xatırladaq ki, 26 noyabr 2013 cü il tarıxdə baş redaktor izahat alınması üçün Sumqayıt şəhər Baş Polis İdarəsinə çağırılmış 2 gün saxlanıldıqdan sonra haqqında 1 ay müddətində habs qəti - imkan tədbiri seçilmişdir. Buna səbəb Bakı - Sumqayıt şosesinin sol tərəfində yerləşən, əxlaqsızlıq yuvası kimi tanınan “ Turac “ kafesinin müdürü Mübarizdən guya beş yüz manat rüşvət istəməsi olmuşdur. Mətbuat Konfransını “Müstəqil PressHolding” in rəhbəri Ədalət Nəbibəyli açaraq satirik yazar Baloğlan Mirzəlinin ədəbi və mətbu fəaliyyətibarədə geniş məlumat verdi. O qeyd etdi ki,Baloğlan Mirzəli ali təhsilli müəllim olmaqla yanaşı 30 – ilə yaxındır ki , mətbuatda çalışır. Satirik yazar olan B. Mirzəli 2006 – cı ildən nəşrə başlayan “ İynə “satirik jurnalının təsisçisi və baş redaktorudur. Keçən iliniyun ayında o, “Turac“ kafesində jurnalist araşdırması apararkən kafenin müdürü Mübariz və onun əlaltıları tərəfindən zorla press vəsiqəsi əlindən alınaraq vəhşicəsinə döyülüb. Sonra o, hadisə yerinə 102 xidməti vasitəsilə polis çağırıb. Lakin hadisə yerinə gələn Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları hadisə yerində heç bir araşdırma aparmadan onu bölməyə dəvət edib. Baş verən hadisənin canlı şahidi olan B. Mirzəlinin oğlu Emin Mizalıyev mətbut konfransında çıxış edərək keçən ilin iyun ayında atasını şəxsi maşınında adı çəkilən kafeyə apardığını dedi: - Biz gecə saat 23.00 radələrində həmin kafeyə getdik orda 50 – dən çox yüngül əxlaqlı qadınları və az yaşlı qızları gördük. Orda işləyən kafe işçisi bizim gəldiyimizi bilib bir az gözləməyimizi xaiş etdi. Çox çəkmədi ki, bir nəfərbizə yaxınlaşıb ” buranın yiyəsi mənəm, Naxçvandan sənə görə 6.000 qoyunumu buraxıb bura gəlmişəm, sən haranın küçüyusən ki... “ deyib atamın vəsiqəsini zorla əlindən alıb cırıb atdı və kafe işçiləriylə birgə atamı təhqir edib o ki var döydülər. Atam bir təhər onların əlindən özünü mənim maşınıma saldı. Onlar hücum edib maşına da zərər vurdular. Atam DİN- nin 102 xidmətinə baş verən hadisə barədə məlumat verdi. Çox çəkmədi ki, polis işçiləri hadisə yerinə gəldi və bizi polis bölməsinə dəvət etdilər. Qarşı tərəf atamı içkili olduğunu dediyindən polislər yoxladılar və onu sərxoş olmadığını müəyyən etdilər. Baş vermiş hadisə barədə ifadəsini alıb bizi sərbəst buraxdılar. Sonradan dəfələrlə atamı polis bölməsinə çağırıb qarşı tərəflə barışıq ərizəsi almağa cəht göstərsələr də o, hər dəfə buna qəti etraz edirdi. Bu səbəbdən atamı şərləyib qondarma iddihamla 182.1 maddəsi ilə müvəqqəti olaraq 1 ay həbs qəti imkan tədbiri seçdilər. “ Ayan” qazetinin baş redaktoru Şakir Qarabəyli bildirdi: - Mən 19 noyabr 2013 - cü ildə “Turac faşəlik evi”kimi yazılarımla bu müvzuya müaciyyət etmişəm. Sumqayıt polis rəisinə və aydiyatı orqanlara müraciyyət ünvanlamışam. Hələdə müraciyyətim və məktublarım cavablandırılmıyıb . Həqiqətəndə bu əxlaqsız yuvasıdır. Ora getdikcəgeniş füssət alır. Oların ətrafi genişlənir. Ora kimsə çox boyuk himayə edən insan var ki,onlara rəhbərlik edir. Bu da o obyektin əlaqələriningüngünə genişlənməyinə səbəb olur ki, o da bu obyektinfəaliyətiningün – günə genişlənməsinə səbəb olur. Çox yaxşı olrdın ki, bu yazılara dövlət məmurları öz münasibətini bildirsuin. Mənşəxsən yenə öz qazetimdə bu barədə öz fikrimi bildirəciyəm. Onlarla mənim çox fikir ayrılıqlarım olub. Onların fikirlərinə mən heçbir əhəmiyyət verməmişəm. Bu dəqiqə bizim aramızda gərginlik çox yüksək nöqtədədir. Onlar bir bəhanə axtarır ki, mənə nəsə bir pislik etsinlər.Sizə onu çatdırmaq istəyirəm ki, bizim dostumuz Baloğlan Mirzəlinin həbsindən bir günsonra həmənkafedə böyük dava olub. Dava zamanı kafe sahibləri Sumqayıt uşaqlaqrını döyüb. Bir gün sonra Sumqayıt uşaqları geri qayidaraq onları döyülüb təhqir edən insanları möhkəm əzişdirib. Dava zamanıBu 9 nəfər sərilib yerdə qalıb . Polis bu işə qarışıb 10 nəfəri saxlayıb. Bu gün onları buraxıb buraxmadığı hakda bizə məlumat vermirlər. O adamların başqa bir kafesini Anar adlı şəxs işlədir. O kafedə də böyük bir dava düşüb. O kafedə olarındı. Bundan başqa onların bir başqa kafesidə var, “Pəhəvanlar” adlanan yerdi. Kafenin arxasında yemək otağı və ona bitişik yataq otağı qurublar. Gözəl - gözəl otaqlar tikiblər. Çoldə xsusi kameralar quraşdırılıb ki, gəlib gedəni görsünlər. Gələnlərə xsusi qoçular heç nəyə baxmağa imkan vermirlər. Həddən ziyadə onların şillə vuranlarımı deyək, qoçularımı deyək çox ciddi o sahiyə nəzarət edirlər. Bu da nəisə araşdırmaq üçün çox böyük çətinlik yaradır.elə bil olar üzaqdan görən kimi bilillər ki, jurnalist gəlir. Jurnalisti hansı vastə ilə olsada, dala qaytarmaq lazımdır. Sumqayıt şəhəricra başçısı Eldar Əzizov həminobyektlərin işləməsində şəxsən maraqlıdır. Buna səbəb həmin obyektlərin hər biri öz hesabına bankdan kredit götürüb Sumqayıt Bakı şosesində hasar çəkdirib. Bu səbəbdəndə onlara hələki dəymillər. Çünki o obyektlər işləməsə obyektlər, götürdükləri bank kreditlərini yəqindir ki, verəbilməyəcəklər. Bu səbəbdəndə bu obyeklərin işləməsinə şərayət yaradıllar ki, bu da adı cəkilən obyektlərin rahat və açıq şəkildə çiçəklənməsinə səbəb olur.
Tədbirin yekununda, Konfrans iştirakçıları qərar qəbul etdilər ki, jurnalistlər Baloğlan Mirzəliyev hakqında, Sumqayıt şəhər məhkəməsində gedən məhkəmə prossesin diqqət mərkəzində saxlasın.Bir qrup jurnalist Baloğlan Mirzəliyevin qanunsuz həbs olunması barədə dövlət başçısına müraciət hazırlanmasına qərar verdi.